BAKI, 27 apr — Sputnik. Türkiyənin Bursa şəhərində baş verən partlayış nəticəsində bir nəfər ölüb, xəsarət alanların sayı isə 13-ə çatıb.
Sputnik-in “Milliyet”-ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu bildirib.
Xəstəxanalara 13 nəfərin çatdırıldığını bildirən nazir qeyd edib ki, yaralıların həyatlarına təhlükə yoxdur.
Partlayış Ulucami məscidinin yaxınlığında baş verib. İlkin məlumata əsasən, partlayışı 25 yaşlarında "canlı bomba" olan qadın həyata keçirib.