Obamanın Avropa mesajları, yaxud "pis müəllimə" qarşı üsyan

© Sergey GuneevBarak Obama
Barak Obama - Sputnik Azərbaycan
Abunə olmaq
O, yenə Rusiyaya qarşı sanksiyalardan danışdı, Qərb "kollektivi"ni qoruyub saxlayacağına söz verdi. Buna baxmayaraq, "itaətsizlik" trendi göz önündədir.

Obamanın Avropa mesajları, yaxud “pis müəllimə” qarşı üsyan
BAKI, 27 apr — Sputnik. Hər yeni yüksək səviyyəli Amerika-Avropa tədbirindən sonra elə təəssürat güclənir ki, ABŞ və Avropa İttifaqı arasındakı mövcud münasibətləri "xoşbəxt evlilik" adlandırmaq olmaz. Boşanma prosesinə hələ var, lakin rəngarəng romantika dövrü artıq keçmişdə qalıb. Rəsmi səviyyədə "bərabər rəftar" adlandırılan münasibətlərdə isə, nədənsə həmişə ABŞ fayda qazanır. Sputnik xəbər verir ki, "RİA Novosti"nin müəllif yazısında belə deyilir.
Russian President Vladimir Putin - Sputnik Azərbaycan
RUSİYA
Vladimir Putin: Barak Obama ləyaqətli insandır

"Avropa cəmiyyəti gileylənməyə başlayır. Birləşmiş Krallığın Avropa İttifaqına üzvlük probleminə ABŞ-ın qarışması Londonun narazılığına səbəb olub. Obama səfəri çərçivəsində Almaniyadan əvvəl Albionu ziyarət edib. Səfər ərəfəsində isə Amerika prezidentinin xəbərdarlığı ilə bağlı məqalə dərc olunub. O, xəbərdarlıq edib ki, Britaniya Avropadan ayrılsa, yüksək məbləğ ödəməli olacaq. Obama, həmçinin Londondan NATO-nun büdcəsinə daha "ədalətli" qatqı verməyi tələb edib. Nəticədə, Britaniya parlamentinin yüzlərlə üzvü ona müttəfiqlərin daxili işlərinə müdaxilənin yolverilməz olduğunu xatırladan məktub ünvanlayıb", —deyə yazıda bildirilir.

Müəllif qeyd edir ki, Angela Merkel də əminsizcəsinə səs verib: "Hərçənd onun tərəfindən bu, gözlənilməz bir addım oldu. Belə ki, NATO-nun maliyyəsini və Şərqi Avropada iştirakını gücləndirməklə bağlı analoji tələbə kansler cavab verib ki, guya bundesver lazım olan hər şeyi edir. Əslində isə Almaniya müdafiə məqsədlərinə tələb olunan ÜDM-in 2%-ni deyil, yarısını xərcləyir. Lakin Merkel düzəlməyə söz vermişdi".

Nəhayət, Rusiya təhlükəsi ilə bağlı adi ritual bəyanatlar və qaçqın problemi fonunda ABŞ prezidenti ölkəsinə sərmayə qoymağa və Avropa İttifaqı ilə transatlantik əməkdaşlıq müqaviləsini vaxtından əvvəl imzalamağa çağırdı: "Bu məsələdə də onu bütün avropalılar başa düşmür. Obamanın Hanover səfəri ərəfəsində orada bu layihəyə qarşı etirazlar olmuşdu. Bir çox ekspertlər hesab edirlər ki, bu müqavilə Avropanı təmamilə əsarət altına salaraq, həm siyasi, həm iqtisadi baxımdan ABŞ-dan asılı edəcək. Nəticədə, Amerika oliqarxları, Çin və digər ölkələrdəki böyük istehsal gücü tərəfindən dəstəklənən korporasiyalar Avropa bazarında eksklüziv və məhdudiyyətsiz hüquqlar əldə edəcəklər".

Təsadüfi deyil ki, Barak Obama Almaniyada Rusiyaya qarşı sanksiyaların davam etdiriləcəyini bildirib. Onun sözlərinə görə, sanksiyalar Minsk müqavilələrinin yerinə yetirilməsinə başlayanadək və Rusiyanın öz qonşularını qorxutmağı kəsəcəyi vaxtadək davam edəcək: "Bununla o, qeyri-formal tabeliyində olan Avropa liderlərinə bildirir ki, Vaşinqtonun təşkil etdiyi Qərb kollektivi saxlanılacaq. Eyni zamanda, Fransa parlamenti ilk dəfə olaraq Rusiyaya qarşı qoyulan məhdudiyyətlərin ləğvini müzakirə edəcək, İtaliyanın baş naziri isə bildirib ki, o, Vladimir Putindən qida embarqosunu ləğv etməyi xahiş etmək istəyir. Əlbəttə ki, Mateo Renzi də öz köhnə həmkarları kimi Hanoverə gəlib Obama ilə görüşdü, lakin heç bir həvəsi olmadan".

"Əlbəttə, demək olar ki, Avropa siyasilərinin narazılıqları uşaq bağçasındakı "pis müəllimə" qarşı üsyana bənzəyir və bu müəllimi heç kəs səlahiyyətlərindən məhrum etməyib. Buna baxmayaraq, "itaətsizlik" trendi göz önündədir. Aydındır ki, Obamanın bu səyahəti onun funksional vəzifəsidir, lakin o, ABŞ-ın yaxın müttəfiqlərini ölkə vətəndaşı kimi deyil, sistem elementi kimi ziyarət edir. Beləcə o, kollektiv Qərbin əsas hərəkat nöqtələrini qeyd edir. Lakin bu ləng və bəzən də sırf formal şəkildə alınır", yazıda vurğulanır.

Xəbər lenti
0