SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan-Qırğızıstan münasibətləri müzakirə olunub

© Photo : mfa.gov.azXarici işlər naziri Elmar Məmmədyarovun Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm naziri Altınbek Maksutov ilə görüşü
Xarici işlər naziri Elmar Məmmədyarovun Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm naziri Altınbek Maksutov ilə görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Elmar Məmmədyarov Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm naziri Altınbek Maksutov ilə görüşüb. Görüşdə hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin nəzərdə tutulduğu qeyd olunub.

BAKI, 27 apr — Sputnik. Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm naziri Altınbek Maksutov ilə görüşüb. Sputnik xəbər verir ki, görüşdə iki ölkə arasında mədəniyyət, informasiya, idman və turizm sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri mövzusunda fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin Azərbaycanda Qırğız, Qırğız Respublikasında Azərbaycan mədəniyyət günlərinin keçirilməsinin nəzərdə tutulduğu qeyd olunub. Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin xalqlarımızın bölüşdüyü ortaq tarix, mədəniyyət və etnik bağlılıq əsasında ikitərəfli və çoxtərəfli formatlarda inkişaf etdiyini bildirib.

Altınbek Maksutov Bakıda keçirilən VII Qlobal Foruma dəvətə görə Azərbaycan tərəfinə təşəkkürünü çatdırdı, tədbirin işini və məramını yüksək qiymətləndirib. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini də müzakirə etdilər.

Xəbər lenti
0