CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Adımız "qara siyahı"da: biz nə qədər azadıq?

© Photo : STRMətbuat azadlığı
Mətbuat azadlığı - Sputnik Azərbaycan
Abunə olmaq
Media təmsilçiləri "Freedom House"un Azırbaycanı "qeyri-azad" ölkə hesab etməsinə münasibət bildirir. Hesabat ölkəmizin media ictimaiyyətində, həmişə olduğu kimi birmənalı qarşılanmayıb.

Adımız "qara siyahı"da: biz nə qədər azadıq?
BAKI, 27 apr — Sputnik. Aprelin 27-də "Freedom House" təşkilatı dünyanın 199 ölkəsində və ərazisində media azadlığının səviyyəsi barədə hesabat açıqlayıb. Hesabatda deyilir ki, ötən il dünyada mətbuat azadlığı son 12 ildə ən aşağı həddə düşüb. Bu hesabata görə, ölkələrə "Azad", "Qismən azad" və "Qeyri-azad" statusları verilib.

Bəlli olub ki, dünya əhalisinin cəmi 13 faizi azad mətbuatdan yararlanır. Bu ölkələrdə siyasi xəbərlər hərtərəfli işıqlandırılır, jurnalistlərin təhlükəsizliyi təmin olunur, dövlət mediaya minimum müdaxilə edir, mətbuat hüquqi, yaxud iqtisadi təzyiqə məruz qalmır. Hesabatda qeyd edilib ki, dünya əhalisinin 41 faizi mətbuatı "Qismən azad", 46 faiz isə "Qeyri-azad" olan ölkələrdə yaşayır.

© Photo : 1080.plusArif Əliyev, "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri
Arif Əliyev, Yeni Nəsil Jurnalistlər Birliyinin sədri - Sputnik Azərbaycan
Arif Əliyev, "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri

"Freedom House"un hesabatında Azərbaycan mətbuatın ən qeyri-azad hesab olunduğu ölkələr içərisində 189-cu yerdə qərarlaşıb. Ölkəmizin geriləməsi isə tanınmış jurnalistin qətlinin üstünün hələ də açılmaması və ötən ilin iyununda Avropa Oyunları çərçivəsində xarici jurnalistlərə məhdudiyyətlər qoyulması ilə əlaqələndirilib.

Hesabat ölkəmizin media ictimaiyyətində, həmişə olduğu kimi birmənalı qarşılanmayıb. "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev hesab edir ki, Azərbaycanda mətbuatın fəaliyyəti ilə bağlı ciddi problemlər mövcuddur. "Bu isə hər il bütün reytinq cədvəllərində ölkənin arzuolunmaz yerdə qətrar tutması ilə nəticələnir", —deyə o, Sputnik-ə açıqlamasında bildirib.

A. Əliyev hesabatın əsas göstəricilərinə təsir edən faktorlardan danışıb: "Bunun biri qanunvericilik bazasıdır. Hansı ki, Azərbaycanda bu sahədə ciddi problemlər var. Son beş ildə bu baza məhdudlaşdırıcı normalarla zənginləşdirilib. Biz deyə bilmərik ki, irəliyə doğru qanunlar qəbul edilib. İkincisi, jurnalistlərin sərbəst fəaliyyət göstərmək imkanıdır. Burada da vəziyyət ürəkaçan deyil. Həbsdə olan jurnalistlərin sayı həmişə Avropada yüksək göstəricilərdən biri olub. Düzdür, Azərbaycan höküməti deyir ki, filankəs başqa səbəblərdən həbs olunub. Amma, əsas odur ki, yerli və beynəlxlaq ictimaiyyət bunları peşə fəaliyyətinə görə cəzalandırılan jurnalistlər kimi qəbul edir. Hər zaman bu məsələ problemli olub".

"Üçüncüsü, ölkənin media məsələlərində dünya ilə müzakirəyə və eyni zamanda daxildə dialoqa açıq olmasıdır. Burada isə vəziyyət lap pisdir. Çünki media məsələləri ilə məşğul olan təşkilatların Azərbaycana gəlməsinin özü belə problemə çevrilib", —mütəxəssis qeyd edib.

© Photo : milli.azBəhruz Quliyev, "Səs" qəzetinin baş redaktoru
Bəhruz Quliyev, Səs qəzetinin baş redaktoru - Sputnik Azərbaycan
Bəhruz Quliyev, "Səs" qəzetinin baş redaktoru

Hakimiyyət yönlü "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə bildirir ki, Azərbaycanın 199 ölkə arasında 189-cu yerdə olması ölkəmizə olan qərəzli münasibətin nəticəsidir: "Bunların hamısı sırf Azərbaycanın əleyhinə işləyən beynəlxalq təşkilatlardır. Bunlar missionerlərdir. Müəyyən missiya və sifariş yerinə yetirirlər. Daim bu mövqedədirlər. Öz mövqelərindən dönməyəcəklər".

O, hesab edir ki, Azərbaycan dünyada necə demokratik, tolerant ölkə olduğunu sübüt edib: "Azərbaycan indiyə kimi öz yoluyla davam edib və edəcək də. Ona görə, onların verdiyi hesabatda Azərbaycanın neçənci yerdə göstərilməsi elə də əhəmiyyətli deyil. Bu hesabat reallığı əks etdirmir".

B. Quliyevin sözlərinə görə, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi bir daha sübut etdi ki, dünya birliyi Azərbaycanı demokratik dəyərlərə sadiq ölkə kimi tanıyır.

Xatırladaq ki, Azərbaycan ötən il də mətbuat azadlığına görə "qeyri-azad", internet azadlığına görə isə "qismən azad" kateqoriyasına salınmışdı.

Xəbər lenti
0