Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Aktyorlar “Qarışqa yuvasında”

© Photo : Rüstəm Fərman İsmayılovQurban Məsimov, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru
Qurban Məsimov, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın İvanovo şəhərində 11-ci dəfə baş tutan beynəlxalq kukla teatrları festivalı başa çatıb.

BAKI, 26 apr — Sputnik. Azərbaycan Dövlət Kukla teatrı Rusiyanın İvanovo şəhərində 11-ci dəfə baş tutan beynəlxalq kukla teatrları festivaldan geri dönüb. “Qarışqa yuvası” adlı festivalı uğurla başa vuran Azərbaycan kuklaçılarının uğurları barədə teatrın baş rejissoru Qurban Məsimov Sputnik-ə danışıb.

Baş rejissor öncə  festivalın maraqlı adına açıqlama gətirib: “Qarışqalar çox zəhmətkeş olur. Beynəlxalq festival olduğu üçün bütün qarışqalar bir yuvaya yığılır və heç bir qarışqanın milləti olmur”.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə festivala qatılan komandamız ən uğurlu teatr kollektivləri içərisində ilklərdən olub. Festivalda Rusiyanın Ryazan, Voloqda, Rıbinsk, Orenburq, Perm şəhərlərindən, eyni zamanda Azərbaycan, Türkmənistan, Dağıstan və Ermənistandan teatr kollektivləri iştirak edirdi. Festivalda öncəki illər kimi yerlər üzrə qaliblər müəyyən olunmayıb, tamaşalar göstərilib və sonra teatr mütəxəsisləri müzakirə edilib.  

Qurban Məsimov qeyd edib ki, festivalda Kamran Şahmərdanın “Ağ –Qara” tamaşasını oynayıblar. Açılışda hətta şeir də söylədiklərini dilə gətirən rejissor ümumilikdə gözəl qarşılandıqlarını söyləyib. 

Festivalda digər tamaşalardan fərqli nümayişə gəldikdə isə, Məsimov kollektivin bir neçə fərqliliyin olduğunu qeyd etdi. “Festivalda digərlərindən fərqli olaraq biz Azərbaycan dilində tamaşanı oynadıq.  Digər tamaşalardan fərqli olaraq bizdə aktyorlar yox, kuklalar görünürdü. Bu da tamaşaçılarda böyük maraq yaratdı. Hətta digər aktyorlar belə kuklalara baxmaq istəyirdilər. Peşəkarların da marağına səbəb oldu”

Tamaşadan sonra tamaşaçıların Azərbaycan dili ilə bağlı maraqlı fikirləri olub. Festivalda iştirak edən tamaşaçılar Azərbaycan dilinin musiqili olduğunu və qulağa xoş səsləndiyini söyləyib, eyni zamanda tamaşanı tam olaraq anladıqlarını bildiriblər. 

Teatrın bağlanışında Ryazan teatrının kollektivi sonda bu sözləri dilə gətirib: “Burda elə teatr tamaşaları göstərildi ki, onlara qızıl medal təqdim etmək istərdik. Amma buna büdcəmiz çatmaz. Əvəzində isə qızıldan şokoladımız var”. 

Qeyd edək ki, Ryazan teatrı gələn il keçiriləcək festivala məhz Azərbaycan kuklaçılarını dəvət edib.  

Festivalda aktyorlardan Rəhim Rəhimov, Cavid İbrahimov, İqbal Əliyev və Qurban Məsimov Azərbaycanı təmsil edib. 

Xatırladaq ki, Kukla teatrı may ayında Yunanıstanda keçiriləcək Azərbaycan Mədəniyyət günləri layihəsində iştirak etməyə hazırlaşır.  

Xəbər lenti
0