BAKI, 26 apr — Sputnik. Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın "Konstitusiyada dünyəvilik olmamalı, yeni konstitusiya dindar olmalıdır" sözlərinə etiraz etmək üçün Məclis qarşısında toplanan qrup polis tərəfindən dağıdılıb.
Sputnik milliyet-ə istinadla xəbər verir ki, CHP-li millət vəkilləri Mahmud Tanal, Mehmet Göker, Mustafa Akaydın, Qədim Durmaz və Okan Gaytancıoğlunun da dəstək verdiyi qrupun açıqlamasına polis icazəsiz olduğu səbəbiylə icazə vermədi.
Dağılışın xəbərdarlığını dinləməyən etirazçıları polis ərazidən uzaqlaşdırmağa çalışdı.
Bu arada etirazçılardan biri vəzifəli bir şəxsin üzünə tüpürüncə polis qrupları da etirazçılara müdaxilə etdi. Polis bibər qazı və plastik güllədən istifadə edərək müdaxilə etdi.
Dünyəviliyin Konstitusiyadan çıxarılmasına icazə verilməyəcəkdir yazılı açıqlamadan sonra etirazçılar dağılıb.