BAKI, 26 apr — Sputnik. ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Canet Yellen və digər səlahiyyətliləri bu həftə iyun ayında faiz artırımının olub-olmayacağına dair siqnal vermə şansına sahib olacaqlar.
Ehtimal edilir ki, FED-in verəcəyi mesaj iyun ayında faiz artırımının hələ bir variant kimi qaldığı, ancaq qəti olmadığı istiqamətində olacaq.
Vaşinqtonda 2 gün davam edəcək toplantının sonunda Çərşənbə günü iclasın nəticələri açıqlanacaq. İclasdan sonra FED-in rəhbəri Canet Yellenin bir açıqlama verib-verməyəcəyi barədə bir məlumat yoxdur. İclasdan sonra iqtisadi proqnozlarda dəyişiklik edilməsi də gözlənilmir. Yığıncağın ardından iqtisadi təxminlərdə bir yeniləmə edilməsi gözlənilmir.
FED faizlər sabit tutaraq elastik qala bilər.
“Bloomberq News”un anketinə qatılan 91 iqtisadçı və strateqə görə, FED dekabrda ilk faiz artırımı ilə 2008-ci ildən bəri sıfıra yaxın seyr edən faizləri artırdıqdan sonra 3-cü iclasda da uçot dərəcəsi dəyişməyəcək.
“Goldman Sachs”ın iqtisadçılarına görə, bu ilin iyun ayında faiz artırımı ola bilər.
FOMC'nin Mart yığıncaq qeydləri göstərdi ki, "bir çox" səlahiyyətli qlobal vəziyyətin ABŞ iqtisadiyyatı üzərində aşağı istiqamətli risklər meydana gətirdiyini düşünürdü.
Sabiq bir FED səlahiyyətlisi Roberto Perli deyib ki, qlobal istiqamətdə qiymətləndirmələr yaxşılaşmağa doğru gedərsə, iyunda faiz artırımı ehtimalı artır.