BAKI, 26 apr – Sputnik. Birləşmiş Ştatlarda prezidentliyə namizəd sabiq dövlət katibi Hillari Klinton seçkilərdə qalib gələcəyi təqdirdə Kabinetinin yarısını qadınların təşkil edəcəyinə söz verib.
Sputnik Telegraph-a istinadən xəbər verir ki, bu barədə xanım Klinton seçki kampaniyası zamanı çıxışında deyib.
“Mənim kabinetim ölkəmiz kimi olacaq, Amerikada əhalinin 50 faizini qadınlar təşkil edir”, — deyə o əlavə edib.
Hillari Klinton mövzu ilə bağlı əlavə şərh verməyib.