Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

"Bürc qalası" bölgəni müdafiə etmək üçün inşa edilib

Abunə olmaq
Azərbaycanın Şimal — Qərb bölgəsi qədim və orta əsrlər tarixi dövründə özünün bir çox abidələri ilə, o cümlədən qalaları ilə tanınıb. Təsadüfi deyil ki, şimal-qərb bölgəsinin, xüsusilə Zaqatala ərazisinin hər guşəsində zəngin mədəniyyət qalıqlarına rast gəlmək olur.

Qalaların əksəriyyəti müdafiə xarakteri daşıyırdı. Bu qalalardan biri də Bürc qalasıdır. Tarixçi Məcid Mehraninin sözlərinə görə, orta əsrlər dövründə tikilmiş müdafiə qalaları "Bürc qalası" adlandırılırdı.

Bu qalanı bəzən "Zaqatala səddi" də adlandırırlar. Qeyd edək ki, Azərbaycanın Şimal — Qərb bölgəsində bu tipli qalaların sayı çoxdur. Buraya turistlərin cəlb edilməsi regionun iqtisadiyyatına, turizm sektorunun inkişafına təkan verə bilər.

 

Xəbər lenti
0