BAKI, 25 apr — Sputnik. Azərbaycanın iki sığorta şirkəti birləşir.
Söhbət “Buta Sığorta” və “Günay Sığorta” şirkətlərindən gedir.
Bu barədə fins.az-a “Günay Sığorta” şirkətinin idarə heyətinin sədri Vüqar Rəcəbov bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı artıq Maliyyə Nazirliyinə müraciət edilib. Sənədlərin toplanması işi gedir. V.Rəcəbov bildirib ki, proses 2 ay və daha çox çəkə bilər. Bütün işlər vaxtında yekunlaşarsa, konsolidasiya iyun ayında baş tutacaq.