Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan Avropanı Rusiyanın əlindən alır

© Photo : ARC Financial Corp.Qaz kəməri. Arxiv şəkli
Qaz kəməri. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər hesab edirlər ki, Qazaxıstan, Türkmənistan, hətta İraq qazının da TANAP vasitəsilə Avropaya çıxarılmasına şərait yaradıla bilər.

Azərbaycan Avropanı Rusiyanın əlindən alır
BAKI, 26 apr — Sputnik. Dünya Bankı (DB) Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinə 1 mlrd. dollar ayırmağı planlaşdırır. Avropa İnvestisiya Bankı da enerji sektorunda strateji əhəmiyyət kəsb edən TANAP layihəsinin bir parçası olmaq niyyətindədir. DB rəsmisi mətbuata açıqlamasında bildirib ki, biz BOTAŞ-ın maliyyələşdirilməsində yardımçı olacağıq. Eyni zamanda Avropa İnvestisiya Bankı ilə əməkdaşlıq edirik. TANAP-ın 58%-i SOCAR-a, 30%-i BOTAŞ-a, 12%-i isə BP şirkətinə məxsusdur. Hər bir səhmdar bu bölgüyə müvafiq olaraq layihəni maliyyələşdirir. Pay bölgüsünə uyğun olaraq, BOTAŞ TANAP-a 3 mlrd. dollarlıq yatırım etməlidir. Bunun üçün BOTAŞ Dünya Bankından 1 mlrd. dollar, Avropa İnvestisiya Bankından isə 1 mlrd. avro cəlb edəcək. 

Bəs, görəsən DB və AİB- ın maliyyə ayırması Cənub Qaz Dəhlizinin əhəmiyyətli hissəsi olan TANAP-ın reallaşmasına necə təsir edəcək? Bununla bağlı “Sputnik”ə danışan “Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, maliyyənin ayrılması layihənin gedişatına ciddi təsir etsə də onun rentabelliyini artırmaycaq:

“Neftin aşağı qiymətlərində enerji şirkətlərinin gəlirləri az olur. İnfrastruktur layihəlrində gəlirlilik səviyyəsi aşağı olur. Onda həmin layihələri öz vasiətləri hesabına maliyyələşdirmək istəsələr maliyyə durumu daha da ağırlaşardı. İkinci bir tərəfdən bu, kommersiya bankları vasitəsilə həyata keçirilsəydi onda onun şərtləri daha ağır ola bilərdi. Bu Avropa maliyyə qurumları tərəfindən həyata keçirildiyindən şərtlər daha mülayimdir. Bir növ həmin şirkətlər üçün daha əlverişli şərtlərlə maliyyə resursları əldə etmək və layihəni vaxtında yükunlaşdırmaq üçün bir vasitədir”. 

Digər ölkələrinin qazının bu layihə vasitəsilə nəqlinə gəlincə isə İlham Şaban qeyd edib ki, TANAP vasitəsilə İran qazı yox, İraq və Türkmənistan qazının Avropa bazarına çıxarılması daha real görünür.

İqtisadçı ekspert Nicat Hacızadənin fikirncə isə Azərbaycan bu layihədən ikitərəfli qazanc əldə etmək istəyir:

“Burada biz ilk olaraq Türkmənistan qazını vurğulaya bilərik. İran qazı məsələsi də var. Amma, bu məsələ tam real görsənmir. Çünki, bu coğrafi cəhətdən İrana sərf eləmir. Bir var ki, birbaşa Türkiyədən boru xətti ilə qoşulsun, bir də var Azərbaycanla qoşulsun. Türkiyədən qoşulmaq daha az xərc tələb edir və coğrafi mövqe cəhətdən də daha sərfəlidir. Qazaxıstan və Türkmənistan qazının bu layihə vasitəsilə Avropaya çıxarılmasına şərait yaradıla bilər. Bu isə hökümətlərarası danışıqlardan və həmin hökümətlərin bu layihələrdəki marağından asılıdır. Digər regional dövlətlər öz qaz ixracaatını TANAP vasitəsilə həyata keçirsələr, burada tranzitdən müəyyən gəlirlər əldə etmək mümkündür. Amma, tranzit gəlirləri elə də yüksək gəlirliliyə sahib deyil. Ən azından əlavə gəlir mənbəyi kimi məqsədə uyğundur”.

Nicat Hacızadə deyir ki, beynəlxalq maliyyə qurumlarının TANAP layihəsini maliyyələşdirməkdə əsas məqsədi Avropanı Rusiya qazının inhisarçılığından çıxarmaqdır: 

“Avropa bu layihəyə investisiya qoymaqla TANAP- ın həyata keçirilməsini bir qədər də sürətləndirəcək. Burada məsələ elə formada olmalıdır ki, iki cür dəstək göstərə bilsin. İlk olaraq burada müəyyən bir səhm paketinə malik olsun, ikinci isə layihəyə kredit ayıra bilsin. Burada əsas məqsədə uyğun olan səhm paketinə sahib olmaqdır. Çünki əlavə kredit şərtləri və ya layihənin yenidən istiqraz buraxması heç də qarşıdakı müddət üçün əlverişli deyil. Yaxşı olar ki, avropalı sərmayəçilər TANAP layihəsində müəyyən paket səhmlərə sahib olsunlar”.

Nicat Hacızadənin sözlərinə görə, belə olarsa, gələcəkdə həmin investorlar öz dvidentlərini yüksək səviyyədə götürmək şansına malik olacaqlar.

Qeyd edək ki, kəmərin inşası layihəsi üzrə sənədlər paketi 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. TANAP "Mərhələ-2" çərçvəsində "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.

Xəbər lenti
0