Ankaradan Moskvaya mühüm jest

© svopi.ruTürkiyə və Rusiya bayrağı
Türkiyə və Rusiya bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Prezidenti Administrasiyasının mətbuat katibi: "Türkiyə ilə Rusiya arasındakı möhkəm və inkişaf etmiş əlaqələr bir insidentin qurbanı olmamalıdır"

BAKI, 25 apr — Sputnik. Türkiyə Rusiya ilə əlaqələrin normallaşmasına hazırdır. Bunu Türkiyə Prezidenti Administrasiyasının mətbuat katibi İbrahim Kalın deyib.

O, bildirib ki, rəsmi Ankara "Su-24" qırıcı təyyarəsinin vurulmasından sonra Rusiya ilə yaranan problemin diplomatik yolla həllini istəyir: "Bu təklifimiz hələ qüvvədədir".

Türkiyə Prezidenti Administrasiyasının mətbuat katibi İbrahim Kalın qeyd edib ki, Moskva ilə müxtəlif səviyyələrdə müəyyən təmaslar mövcuddur: "Bunu görürük və ümid edirik ki, təmaslar daha intensiv xarakter alacaq".

İbrahim Kalın hesab edir ki, Türkiyə ilə Rusiya arasındakı möhkəm və inkişaf etmiş əlaqələr bir insidentin qurbanı olmamalıdır.

Xəbər lenti
0