CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərbaycana gələn ərəb turistlərin sayı get-gedə artır"

© Photo : Azərbaycan Prezidentinin rəsmi internet səhifəsiİlham Əliyev BƏƏ-nin tolerantlıq üzrə dövlət nazirini qəbul edib
İlham Əliyev BƏƏ-nin tolerantlıq üzrə dövlət nazirini qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev BƏƏ-nin tolerantlıq üzrə dövlət nazirini qəbul edib. Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığının önəmi qeyd olunub.

BAKI, 25 apr — Sputnik. Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tolerantlıq üzrə dövlət naziri xanım Şeyxə Lubna Al Qassimini qəbul edib. Sputnik president.az saytına istinadla xəbər verir ki, ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinə uğurlu rəsmi səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırladıb.

Встреча Президента Азербайджанской Республики Ильхама Алиева и Президента Исламской Республики Иран Хасана Роухани - Sputnik Azərbaycan
İlham Əliyev İran prezidenti Həsən Ruhani ilə görüşüb

İki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayan Prezident bildirib ki, əvvəllər daha çox azərbaycanlı turistlər Birləşmiş Ərəb Əmirliklərinə səfər edirdilərsə, son dövrlər Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin sayı da artmaqdadır.

Xanım Şeyxə Lubna Al Qassimi Azərbaycanda böyük infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində sürətli inkişafa nail olunduğunu, Bakının gözəl və müasir bir şəhərə çevrildiyini qeyd edib. Azərbaycana bu dəfə tolerantlıq üzrə dövlət naziri vəzifəsində səfər etdiyini deyən qonaq Birləşmiş Ərəb Əmirliklərinin çoxmillətli ölkə olduğunu, burada yaşayan müxtəlif icmaların ölkənin inkişafı və iqtisadi uğurların əldə olunmasındakı rolunu vurğulayıb.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığının önəmi qeyd olunub, ikitərəfli əlaqələrin mədəniyyət, ticarət, turizm və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0