BAKI, 25 apr — Sputnik. 1918-ci il aprelin 25-də Bakıda hakimiyyəti ələ almış “Bakı Soveti”nin hökuməti — Stepan Şaumyanın sədrliyi ilə Xalq Komissarları Soveti yaradılıb.
Tarixə “26 Bakı komissarı” adı ilə düşən qurum, Leninin tapşırığı ilə Azərbaycanı sovetləşdirmək əzmində idi. “Bakı Kommunası”nda aparıcı vəzifələri ermənilər tuturdular, hökumətdə yeganə azərbaycanlı Məşədi Əzizbəyov idi.
Bakı Kommunası Tiflisdə fəaliyyət göstərən Zaqafqaziya Seyminə qarşı yaradılmışdı. Hər iki qurumda təmsil olunan ermənilər isə əslində əlbir fəaliyyət göstərirdilər.
Müsəlman əhalisinə qarşı amansız mövqeyi ilə seçilən bu qondarma hökumət Antanta və milli qüvvələrin köməyi ilə yıxıldı.