Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabah Bakıda hava isti olacaq

© j100.ruİsti
İsti - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 19-24, Bakıda gecə 9-11, gündüz 20-22 dərəcə isti olacaq.

BAKI, 24 apr — Sputnik. Aprelin 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentindən Sputnik-ə verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 19-24, Bakıda gecə   9-11, gündüz 20-22  dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz  40-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 25-də hava şəraitinin  əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə 6-11, gündüz 21-26 dərəcə isti,  dağlarda gecə —1-6 gündüz 12-17 dərəcə isti olacaq.

Sosial səhifələrdə paylaş

Xəbər lenti
0