BAKI, 24 apr — Sputnik. Siz orqanizminizdəki zərərli qida qalıqlarını vaxtında ifraz etməsəz, o, çox ciddi xəstəliklərin başlanğıcı ola bilər. Bu baxımdan, günlərlə bağırsağınızın təmizlənməməsini “əşşi qəbizlikdir” deyib keçməyin. Qəbizlik orqanizmin ifrazat funksiyasının çox ciddi pozulması halıdır. Xroniki qəbizlik çox sayda ciddi fəsadların yaranmasına səbəb olur.
Onkoloqların qənaətinə görə, xroniki qəbizlik düz bağırsaq xərçənginin əsas risk faktorlarından biridir. Onlar hesab edirlər ki, qəbizliyin əsas səbəbi düzgün olmayan qidalanmadır. Qidalanmanı düzgün təşkil etməklə, qida rasionuna bəzi faydalı əlavələr etməklə, qəbizlikdən qaçmaq mümkündür.
Qəbizlikdən əziyət çəkənlərin qida rasionunda mütləq bu qidalara yer verilməlidir.
1. Su
2. Qara qavalı (təzə və quru)
3. Əncir (təzə və qurusu)
4. Yulaf yarması (herkules)
5. Çuğundur
6. Kivi
7. Kələm
8. Qəhvəyi düyü
9. Kətan toxumu
10. Buğda kəpəyi
Unutmayın, bu qidaları qəbul etməklə təkcə sizə əziyyət verən qəbizlikdən xilas olmayacaqsız, həm də özünüzü bağırsaq xərçəngi başda olmaqla bir çox qorxulu xəstəliklərdən sığortalamış olacaqsız.