BAKI, 23 apr — Sputnik. Sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT-2“ tankerində baş vermiş yanğın Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin müvafiq qüvvələri tərəfindən tam olaraq söndürülüb.
Sputnik-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi, Dövlət Dəniz Adminstrasiyası və “Azərbaycan Dövlət Dəniz Gəmiçiliyi” QSC-nin birgə məlumatında bildirilir.
Məlumata görə, Azərbaycan FHN-nin “Vixr-5“ və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “LİUTOGA“ gəmiləri Rusiya bayrağı altında üzən “PALFLOT-2“ tankerini yedəyə alaraq Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu istiqamətində hərəkət edirlər.
Fövqəladə Hallar Nazirliyi yanğınsöndürmə əməliyyatının videosunu da internetə yerləşdirib.