Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bahar fəslindəki halsızlığı və yuxululuğu necə aradan qaldırmalı

© drwillardVitamin
Vitamin - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyəli mütəxəssis bütün günü enerjili olmağın sirrlərini açıqlayıb.

BAKI, 23 aprel-Sputnik. Yaz fəsli təbiəti oyatsa da, bəzən insanlar arasında aylarda halsızlıq və yorğunluq yaradır. Çünki baharda vaxt insan orqanizmində metabolizm prosesi gedir və hormonlarda dəyişiklik baş verir. Bu dəyişiklik halsızlıq, yorğunluq, əzələ ağrıları ilə müşayiət olunur. Bu əlamətlər nəticədə yuxu gətirir. Bəzi vitamin və mineral çatışmazlığı olan insanlar özlərini daha çox yorğun hiss edirlər. Orqanizm tələb olunan vitamin və minerallarla təmin edildikdə isə insan özünü həm fiziki, həm də psixoloji cəhətdən daha yaxşı hiss edir.

İştahın azalması, əzələ ağrıları, oynaq ağrıları və qadınlarda menstruasiya nizamsızlığı kimi əlamətlər də baharda özünü daha çox biruzə verir.
Türkiyəli mütəxəssis Oya Yüksək yaz halsızlığını meteoroloji təsirlə izah edib. Onun sözlərinə görə, fəsil dəyişiklikləri əvvəlcə hormonal sistemə təsir edir. Orqanizmin yeni ekoloji dəyişikliklərə alışması və hormonal sistemin tarazlaşması üçün müəyyən vaxt tələb olunur. Bu zaman ətraf mühitə uyğunlaşmaq çətinləşir və bu yorğunluğa səbəb olur. Qış aylarında hərəkətsiz həyat tərzi sayəsində qazanılan artıq çəki yazda fəal həyat tərzinə uyğunlaşmağa mane olur. Çirkli hava, havanın elektrik yükünün artımı və ion dəyişiklikləri də yorğunluğa səbəb olan amillərdəndir".

Türk dietoloq Oya Yüksək baharı gümrah keçirmək üçün insanların mütəmadi olaraq istifadə etməli olduğu qidaların siyahısını açıqlayıb. O siyahını təqdim edirik:

1.Kivi

C vitamini ilə zəngin olan kivini səhərlər və ya gün ərzində bir ədəd yemək metabolizm prosesini yaxşılaşdırır, yorğunluq hissini aradan qaldırır.

2.Yerkökü

Vitamin və minerallarla zəngin olan yerkökünü "qızıl mədəninə" bənzədirlər. Bu tərəvəz qaraciyəri lazımsız maddələrdən təmizləyir. Onun tərkibində olan beta-karotin A vitamininə çevrilir ki, bu da intellektin yaxşılaşmasına, immun sisteminin möhkəmlənməsinə, sümüklərin və dişlərin güclənməsinə, tiroid vəzində yaranan problemlərin aradan qalxmasına və boy artımına yardım göstərir. Yerkökü həmçinin zehni fəaliyyəti gücləndirir. Gündə bir ədəd yerkökü yeməklə halsızlıq və yorğunluq problemini tamamilə aradan qaldırmaq mümkündür.

3.Armud

Armud bol miqdarda A, K və C vitamini ehtiva edir. Antioksidant təsirə malik olan armud immun sistemini gücləndirib bədənə enerji verir. Bundan əlavə armudun tərkibindəki faydalı maddələr qanda şəkərin miqdarını tənzimləyir. Baharı enerjili keçirmək istəyənlər gündə bir ədəd armud yeyə bilərlər.

4.Cəfəri

Cəfərini şüyüd və çuğundur yarpağı ilə birlikdə qəbul etmək immun sistemini möhkəmləndirir. İmmun sisteminin möhkəm olması yaz yorğunluğundan daha asan xilas olmağı şərtləndirir. Cəfəri ödəm problemini də effektli şəkildə yox etməyə qadirdir. Cəfərinin həm şirəsini içmək, həm də salatların tərkibində qəbul etmək olar.

5.Qoz

Fındıq, badam, qoz kimi çərəzlər E vitamini ilə zəngindir. E vitamini bədən funksiyaları üçün mühüm rol oynayan maddədir. Qozun tərkibindəki E vitamini orqanizmdə sərbəst radikalların təsirini azaldır. O, immun sistemini gücləndirib yorğunluğu aradan qaldırır. Bu vitamin saç və dəri üçün də ən effektli vasitələrdən biridir. Hər gün 2 ədəd qoz, yaxud 5-6 ədəd fındıq yemək lazımdır.

6.Qatıq

Qatıq bağırsaqların fəaliyyətini yaxşılaşdırır, immun sistemini gücləndirir və toxluq hissi yaradır. Toxluq hissi verən qatıq qanda şəkərin miqdarını da nizamlayır. Beləliklə, gün ərzində gümrah və enerjili oluruq. Gün ərzində 1-2 kasa qatıq yemək məsləhətdir.

7.Qırmızı ət

Dəmir çatışmazlığı qan azlığına səbəb olur. Qan azlığı isə hamıya məlum olduğu kimi halsızlıq və yorğunluğu artırır. Yaz aylarını gümrah keçirmək istəyənlər həftədə 3 dəfə ət yeməlidirlər.

8.Yulaf əzməsi

Yulaf əzməsi toksinləri və zərərli maddələri orqanizmdən xaric edən faydalı bitkidir. Yulaf əzməsini həftədə 3-4 dəfə səhərlər və günorta saatlarında südə və ya qatığa qarışdırıb yemək lazımdır.

9.İspanaq

İspanağın tərkibindəki dəmir duzları və B qrupu vitaminləri qan azlığını aradan qaldırır. İspanaq həmçinin dəri altına piy toplanmasının və sellülitin qarşını alır. İspanaq bağırsağın normal fəaliyyətini təmin edir, qəbizliyin qarşısını alır, karbohidrat mübadiləsini tənzimləyir, qlükozanın toxumalara keçməsini asanlaşdırır və qanda şəkərin səviyyəsini normallaşdırır. Nəticədə bədənin müqaviməti artır. İspanaq həftədə ən azı 3 dəfə az bişirilmiş halda yeyilməlidir.

10.Yaşıl çay

Yaşıl çay min bir dərdin dərmanı sayılır. İnsanın ömrünü uzadan yaşıl çay güclü antioksidantdır. Yaşıl çay insanın orqanizmini müxtəlif zərərli maddələrdən (şlaklar, toksinlər, sərbəst radikallar və s.) təmizləyir və nəticədə insanın immun sistemi möhkəmlənir. O, dolayısı ilə yorğunluğu aradan qaldırır.

Xəbər lenti
0