Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İran neft bazarında itirdiyi mövqeyi geri qaytarmaq üçün görün nəyə əl atıb

© REUTERS / Shamil ZhumatovНефть
Нефть - Sputnik Azərbaycan
Abunə olmaq
Bijən Namdar Zəngənə: İran neft bazarındakı mövqeyini bərpa etmək üçün hasilatı artırmağa davam edəcək.

BAKI, 23 aprel-Sputnik. İranın neft naziri Bijən Namdar Zəngənə bildirib ki, Doha görüşü neft hasilatı, neftin qiymətlərinin tənzimlənməsi və digər məsələlər baxımdan məhsuldar olmayıb. Lakin İran görüşü OPEC-ə üzv olan və olmayan ölkələr arasında danışıqların başlanması baxımından müsbət addım kimi qiymətləndirir.

Sputnik-in məlumatına görə, Tehranda Cənubi Afrikanın enerji naziri ilə görüşdən sonra keçirilən brifinqdə Bijən Namdar Zəngənə deyib ki, Doha görüşü OPEC-in əsas neft hasilatçılarına vəziyyəti dəyişmək üçün hansısa işlərin görülməli olduğunu xatırladıb.

"Biz İran İslam Respublikası olaraq, neft bazarında sabitliyin bərqərar olması üçün ortaya qoyulan istənilən planı dəstəkləməyə hazırıq" — deyən iranlı nazir beynəlxalq sanksiyaların aradan qaldırılmasından sonra İranın gündəlik neft hasilatının 1 mln. barelədək artdığını bildirib.

Zəngənə qeyd edib ki, İran ötən dövr ərzində neft bazarda itirdiyi mövqeyini bərpa edənə qədər neft hasilatını artırmaqda davam edəcək.

Aprelin 17-də Qətərin paytaxtı Dohada OPEC üzvü olan və olmayan ölkələr arasında neft hasilatının yanvar ayı səviyyəsində dondurulması ilə bağlı görüş keçirilib.
6 saatlıq görüşdə neft hasilatının "dondurulması" ilə bağlı hər hansı razılığa gəlmək mümkün olmayıb.

Xəbər lenti
0