Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dollar yenə bahalaşacaq

© Sputnik / Murad OrujovДоллары США
Доллары США - Sputnik Azərbaycan
Abunə olmaq
Dollar yenidən dünya maliyyə bazarında cövlan edəcək. Çünki ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) bu il ərzində uçot dərəcəsini iki dəfə artıracağı gözlənilir

BAKI, 23 aprel-Sputnik. Dollar yenidən dünya maliyyə bazarında cövlan edəcək. Çünki ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) bu il ərzində uçot dərəcəsini iki dəfə artıracağı gözlənilir.

Sputnik-in xəbərinə görə, bu barədə "Reuters" agentliyi keçirdiyi sorğunun nəticələrinə əsasən məlumat yayıb.

"Reuters"-in sorğusunda iştirak edən analitik və iqtisadçıların 80%-i ilk artımın iyun ayında, ikinci artımın isə ilin sonunda baş verəcəyini açıqlayıb.

Natiq Cəfərli - Sputnik Azərbaycan
TƏHLİL
Dollar bir də iyun ayında qalxa bilər
İqtisadçılar iyunda FED rəhbərliyinin uçot dərəcəsini 0,5-0,75%-dək artıracağını düşünür. 

Ekspertlərin qənaətinə görə, FED aprelin 26-27-də keçiriləcək növbəti toplantıda uçot dərəcəsini dəyişmək barədə qərar verməyəcək.

FED bu ilin martında keçirilən sonuncu iclasında uçot dərəcəsini dəyişməyib və 0,25-0,50% diapazonunda saxlayıb.

ABŞ Mərkəzi Bankı bunu qlobal iqtisadiyyatda mövcud olan risklərlə izah edib.

FED-in rəhbəri Canet Yellenin martın sonunda faiz artımında çox ehtiyatlı davranacağı barədə verdiyi açıqlamadan sonra dolların ucuzlaşması müşahidə edilirdi.

İqtisadçı-ekspert Natiq Cəfərli onda Sputnik-ə bildirmişdi ki, apreldə keçiriləcək FED-in iclasında uçot dərəcəsinin artırılması ehtimalı çox aşağıdır. Amma iyun ayında keçiriləcək toplantıda faizlərin qaldırılması ehtimalı çox yüksəkdir.

Xəbər lenti
0