Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səfər Əbiyevin sabiq müavininə hökm oxundu

Mehman Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib.

BAKI, 22 apr — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında M.Səlimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə — külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала