BAKI, 21 apr — Sputnik. Bakı-Gəncə avtomobil yolununda avtomobil aşıb.
APA-nın verdiyi məlumata görə, hadisə Goranboy rayonu ərazisində qeydə alınıb. “VAZ 2107” markalı avtomobilin aşması nəticəsində bir sərnişin hadisə yerində ölüb. Sürücü və başqa bir sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardm xəstəxanasına yerləşdirilib.
Faktla baölı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.