CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəblilər çimərlikdəki zir-zibilləri təmizlədilər

© Sputnik / Rahim ZakiroğluXəzər dənizi sahilinin Lənkərana aid ərazisində, Bayraq meydanına yaxın ərazidə iməclik keçirilib
Xəzər dənizi sahilinin Lənkərana aid ərazisində, Bayraq meydanına yaxın ərazidə iməclik keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Lənkəran 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları və Sütəmurdov kənd məktəbinin şagirdləri Xəzər dənizi sahilinin Lənkərana aid ərazisində iməclik keçiriblər

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 21 apr — Sputnik. 22 aprel bütün dünyada Beynəlxalq Yer Günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.

© Sputnik / Rahim ZakiroğluXəzər dənizi sahilinin Lənkərana aid ərazisində, Bayraq meydanına yaxın ərazidə iməclik keçirilib.
Xəzər dənizi sahilinin Lənkərana aid ərazisində, Bayraq meydanına yaxın ərazidə iməclik keçirilib - Sputnik Azərbaycan
1/3
Xəzər dənizi sahilinin Lənkərana aid ərazisində, Bayraq meydanına yaxın ərazidə iməclik keçirilib.
© Sputnik / Rahim Zakiroğluİməclik iştirakçıları çimərlik ərazisinə atılan küllü miqdarda zibilləri topladılar.
İməclik iştirakçıları çimərlik ərazisinə atılan küllü miqdarda zibilləri topladılar - Sputnik Azərbaycan
2/3
İməclik iştirakçıları çimərlik ərazisinə atılan küllü miqdarda zibilləri topladılar.
© Sputnik / Rahim ZakiroğluƏraziyə atılan zibillər sahildə bir yerə toplandı və daha sonra tullantı daşıyan maşınlar vasitəsi ilə ərazidən aparıldı.
Əraziyə atılan zibillər sahildə bir yerə toplandı və daha sonra tullantı daşıyan maşınlar vasitəsi ilə ərazidən aparıldı - Sputnik Azərbaycan
3/3
Əraziyə atılan zibillər sahildə bir yerə toplandı və daha sonra tullantı daşıyan maşınlar vasitəsi ilə ərazidən aparıldı.
1/3
Xəzər dənizi sahilinin Lənkərana aid ərazisində, Bayraq meydanına yaxın ərazidə iməclik keçirilib.
2/3
İməclik iştirakçıları çimərlik ərazisinə atılan küllü miqdarda zibilləri topladılar.
3/3
Əraziyə atılan zibillər sahildə bir yerə toplandı və daha sonra tullantı daşıyan maşınlar vasitəsi ilə ərazidən aparıldı.

Bu tədbirlər çərçivəsində bu gün Lənkəranda, 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları və R.Dadaşov adına Sütəmurdov kənd məktəbinin şagirdləri Xəzər dənizi sahilinin Lənkərana aid ərazisində, Bayraq meydanına yaxın ərazidə iməclik keçiriblər. İməcliyin təşkilatçısı olan 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Rafael Tahirov bildirdi ki, hər il 22 aprel tarixində Beynəlxalq Yer Günü ilə əlaqədar Lənkəran ərazisində dəniz çimərlikləri ərazisində və meşə sahələrində iməclik keçirilir.

"Bildiyimiz kimi Lənkəran turizm cəhətdən əlverişli imkanlara malikdir. Biz hər il olduğu kimi, bu il də Xəzər dənizinin Lənkəran ərazisindəki çimərliklərdə təmizlik işləri aparırıq. Şöbəmizin əməkdaşları ilə bərabər Sütəmurdov kənd orta məktəbinin də bir qrup məktəbliləri çimərliyi, sakinlər tərəfindən atılan tullantı və zibillərdən təmizləyirlər", —deyə şöbə müdiri bildirdi.

Bildirək ki, iməclik iştirakçıları çimərlik ərazisinə atılan küllü miqdarda zibilləri topladılar. Əraziyə atılan boş içki qabları, rəng qutularının qabları, spirtli içkilərin sınmış şüşə qabları, cırılmış tor hissələri və çayın dəniz sahilinə gətirdiyi çoxlu ağaclar sahildə bir yerə toplandı və daha sonra tullantı daşıyan maşınlar vasitəsi ilə ərazidən aparıldı.

R. Tahirov onu da xüsusi olaraq vurğuladı ki, məktəblilərin bu aksiyaya cəlb edilməsində əsas məqsəd gənc nəslin hal-hazırda dünyada ən qlobal problerlərdən olan "Ekoloji problem"ə biganə yanaşmaması və gənclərin ekoloji problemlər yönümdə maarifləndirilməsi və ekoloji tarazlıq haqqında təbliğat aparmaqdır.

Xəbər lenti
0