BAKI, 20 apr — Sputnik. Səudiyyə Ərəbistanında qadınlara axşam saatlarında ailə üçün nəzərdə tutulan restoranlarda, qadınlara aid mallar satılan dükanlarda və ailəvi istirahət mərkəzlərində işləməyə icazə verilib.
Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə krallığın Əmək Nazirliyinin təmsilçisi Əbdül Mana əş-Şəhri bildirib.
Onun deyib ki, müəyyən sahələrdə fəaliyyət göstərməyin qadağan olunması hakimiyyətin qadınların işləməsinə qarşı olduğu demək deyil.
Nazirliyin təmsilçisi bildirib ki, təhlükəsizlik və sağlamlıq baxımından qadınlara 21 ixtisas üzrə işləməyə icazə verilmir.