BAKI, 20 apr — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. "Report" xəbər verir ki, sərəncamla aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri təyin ediliblər:
dövlət orqanlarından
Quliyev Vüsal İlham oğlu — Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri
Məmmədov İlqar Kamil oğlu — Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi
Hacıyev Zakir Yusif oğlu — Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini
qeyri-hökumət təşkilatlarından
Məmmədov Sahib Məlik oğlu — Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri
Eyvazova Nərgiz Xələf qızı — Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası İctimai Birliyinin sədri
Həsənli Emin Əliyar oğlu — Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri
Qonaqov Rufiz Rəhim oğlu — Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri
Quliyev Azay Əjdər oğlu — Beynəlxalq Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri
İsmayılov Şahin Əmir oğlu — Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri
Xəlilov Anar Əhməd oğlu — Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri
Nuriyev Əliməmməd Mali oğlu — "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti
Sərəncamla "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 aprel tarixli 2194 nömrəli sərəncamı ləğv edilib.