Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neft Fondu büdcəyə 1,7 mln manat köçürüb

© REPORTDövlət Neft Fondunun binası. Arxiv şəkli
Dövlət Neft Fondunun binası. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Neft Fondunun 2016-cı ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair məlumat açıqlanıb.

BAKI, 20 apr — Sputnik. Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair məlumat açıqlanıb.

Fonddan Sputnik-ə bildiriblər ki, 2016-cı ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 2 023,1 milyon manat, büdcə xərcləri isə 1 946,7 milyon manat təşkil edib. 

2016-cı ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 874,3 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 1 869,8 milyon manat, bonus ödənişləri 0,1 milyon manat və tranzit gəlirləri 4,4 milyon manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 148,8 milyon manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 354,1 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində, ARDNF-nin 2016-cı il büdcəsinin icrası çərçivəsində 1 660,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 26,5 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 6,3 milyon manat, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə ARDNF-dən 2,4 milyon manat vəsait ayrılıb. 5 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 241,9 milyon manat vəsait ayrılıb. 2016-cı il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 4,6 milyon manat təşkil edib.

2016-cı il aprelin 1-ə Fondun aktivləri 2016-cı ilin əvvəlinə (33 574,1 milyon ABŞ dolları) nisbətən 2% artaraq 34 246,0 milyon ABŞ dollarına bərabər olub.

Xəbər lenti
0