Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov 29 aprel 2016-cı il tarixində saat 10:00-da Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Horadiz şəhəri H.Əliyev prospekti) Füzuli, Beyləqan, İmişli, Ağcabədi və Ağdam rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Bu barədə Sputnik-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 "Qaynar xətt"i ilə əlaqə saxlamaları, həmçinin 15 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsinə müraciət etmələri (əlaqə telefonları: 026-315-52-57, 050-226-36-16, 050-663-32-42) xahiş olunur.