Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Danışıqların intensiv mərhələsi başlayacaq" nə deməkdir?

© Photo : REPORTƏli Həsənov, Azərbaycan Prezidentinin köməkçisi
Əli Həsənov, Azərbaycan Prezidentinin köməkçisi - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentin köməkçisinin verdiyi gözlənilməz açıqlama Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni müzakirələrə yol açıb. Siyasi ekspertlərin fikrincə, söhbət Dağlıq Qarabağa dəxli olmayan rayonlardan gedir.

BAKI, 20 apr — Sputnik. "Qarabağ münaqişəsi ilə bağlı yekun nəticə hələ uzaqdadır". Bunu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı Sputnik-ə açıqlamasında deyib.

© interpress.azSabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı - Sputnik Azərbaycan
Sabir Rüstəmxanlı

Prezident İlham Əliyevin köməkçisi Əli Həsənovun özəl televiziya proqramında "danışıqların intensiv mərhələsi başlayacaq" çıxışını şərh edən Rüstəmxanlı, bunun Dağlıq Qarabağ bölgəsinə aidiyyatı olmadığını bildirib: "Əli Həsənovun dediyini doğru oxumaq lazımdır. Söhbət burada Qarabağın özündən getmir. Həmin bölgəyə aidiyyəti olmayan və heç bir səbəbsiz işğal altında saxlanılan 7 rayondan gedir".

"Həmin rayonlar Qarabağda yerləşmir və heç ermənilərin marağında da deyil. Danışıqların intensivləşməsi məhz bu torpaqların qaytarılması ilə bağlı olacaq", — S. Rüstəmxanlı əlavə edib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yekun nəticənin hələ uzaqda olduğunu deyən VHP sədri prosesin mərhələli olacağını qeyd edib: "Qarabağ bölgəsi ilə bağlı danışıqların formatı həmişə belə olub ki, ilk öncə qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalı, daha sonra həmin bölgənin statusu məsələsi həll olunmalıdır".

"Dünya birliyi, beynəlxalq təşkilatlar da artıq anladılar ki, bu münaqişənin həllini daha çox uzatmaq olmaz. Sonuncu qarşıdurmadan sonra Ermənistana təzyiqlər daha da artdı. Və nəticədə, Əli Həsənovun da dediyi kimi, danışıqlar intensiv mərhələyə qədəm qoydu", —deyə siyasətçi vurğulayıb.

Azad Demokratlar Partiyasının (AZDP) sədri, politoloq Sülhəddin Əkbərin fikrincə isə, Ə. Həsənovun "danışıqlar intensivləşəcək" açıqlamasını cəbhə xəttində atəşkəsin intensiv şəkildə pozulması ilə birlikdə oxumalıyıq: "Son münaqişə onu göstərdi ki, Rusiyanın məqsədi Qarabağla bağlı ABŞ və Fransanın təşəbbüslərini heçə endirmək və siyasi-diplomatik üstünlüyü ələ almaqdır".

© Photo : RFE/RLSülhəddin Əkbər, Azad Demokratlar Partiyasının rəhbəri
Sülhəddin Əkbər, Azad Demokratlar Partiyasının rəhbəri  - Sputnik Azərbaycan
Sülhəddin Əkbər, Azad Demokratlar Partiyasının rəhbəri

"Həm Ermənistan, həm də Azərbaycanın dövlət başçılarının Vaşinqtonda səfərdə olduqları bir vaxtda atəşkəsin pozulması, sonra Rusiyanın vasitəsilə atəşkəsin yenidən bərpa edilməsi və ardınca da bu intensiv danışıqların başlayacağı haqda məlumatın verilməsi onu göstərir ki, Rusiya yenidən siyasi-diplomatik təşəbbüsü ələ almaq istəyir və münaqişənin həllini başqa bir qüvvəyə buraxmaq niyyətində deyil. Kreml, həm Amerika Birləşmiş Ştatlarını, həm də Avropa Birliyini Qarabağın həllində kənarda saxlamaq istəyir", —deyə AZDP sədri söyləyib.

Xatırladaq ki, dünən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov özəl televiziyaya açıqlamasında "bugünlərdə danışıqların intensiv mərhələsi başlayacaqdır" açıqlamasını verib.

Xəbər lenti
0