BAKI, 19 aprel-Sputnik. Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin guya Azərbaycana məxsus tankın vurulması barədə yaydığı məlumatlara münasibət bildirib.
Sputnik-in xəbərinə görə, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan əldə olunmuş razılığa ciddi şəkildə əməl edir:
"Azərbaycana məxsus tanklar, o cümlədən digər döyüş texnikası qoşunların təmas xəttinə çıxarılmayıb. Əsgərlərimiz erməniləri o qədər qorxuya salıb ki, hətta özlərinin məhv edilmiş tanklarını Azərbaycan tərəfinin adına çıxırlar. Biz birmənalı şəkildə bildiririk ki, yayılmış fotoda görünən tank erməni tankıdır və aprelin əvvəllərində aktiv döyüş əməliyyatları keçirilən zaman silahlı qüvvələrimizin bölmələri tərəfindən məhv edilib. Düşmənin bu cür yalan informasiyalar yaymaqda məqsədi ruhdan düşmüş erməni əsgərində yenidən ruh yüksəkliyi yaratmaqdan ibarətdir".