BAKI, 19 apr — Sputnik. Gürcüstanın paytaxtı Tbilisi ilə Türkiyənin İstanbul şəhəri qardaşlaşmış şəhərlər elan olunub. Sputnik Sabah-a istinadən xəbər verir ki, Tbilisi meri David Narimaniyanın İstanbula səfəri zamanı memorandum hazırlanıb.
Sənədi İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Kadir Topbaşla Tbilisinin meri David Narimaniya imzalayıb. Kadir Topbaş İstanbul Böyük Şəhər Bələdiyyəsi adından Tbilisiyə 5 avtobus hədiyyə də edib.