QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Beş rayon heç bir ilkin şərt irəli sürülmədən Azərbaycana qaytarılmalıdır"

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidXankəndi
Xankəndi - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı ekspertlər rusiyalı politoloq Sergey Markovun Bakıda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirləri şərh edirlər: "Dağlıq Qarabağla bağlı mübahisə var, amma..."

Beş rayon heç bir ilkin şərt irəli sürülmədən Azərbaycana qaytarılmalıdır
BAKI, 19 apr — Sputnik. "Sergey Markov qeyd edir ki, münaqişənin həlli üçün başlıca şərt Qarabağ ətrafındakı rayonların boşaldılmasıdır. Bildiyim qədər, Markov Rusiya hakimiyyətinə yaxın politoloqlardan sayılır. Buna baxmayaraq məndə tam əminlik yoxdur ki, Rusiya hakimiyyəti də Markov kimi düşünür".

© Sputnik / Murad OrujovЭльхан Шахингоглу, политолог
Эльхан Шахингоглу, политолог - Sputnik Azərbaycan
Эльхан Шахингоглу, политолог

Bunu Sputnik-ə açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. "Əlbəttə, biz istərdik ki, Rusiya Ermənistan hakimiyyətinə təsir etsin. Çünki bilirik ki, Ermənistan Rusiyadan çox asılıdır. Təsir etsin və Ermənistan hakimiyyətinə anlatsın ki, ilkin şərt irəli sürmədən Qarabağ ətrafı rayonları boşaltmaq lazımdır", —deyə siyasi şərhçi bildirib.

Onun fikrincə, bu, baş verməsə, cəbhə bölgəsində vəziyyət yenidən gərginləşə bilər: "Bunu Markov da qeyd edib. Demək ki, Ermənistana təsir etmək lazımdır. İndi Ermənistanın cəmiyyətində və hakimiyyətində də müəyyən qarışıqlıq yaranıb. Anti-Rusiya əhval-ruhiyyəsi güclənib".

E.Şahinoğlu vurğulayıb ki, Rusiya əleyhinə ab-havanın yaranması göstərir ki, Ermənistan Moskvanın münaqişənin həllinə ədalətli yanaşacğından ehtiyat edir: "Azərbaycan da Rusiyadan məsələyə obyektiv yanaşma gözləyir. Yaxın aylarda danışıqlarda irəliləyiş əldə olunmasa, müharibənin yenidən başlaması riski qalır".

Siyasi təhlilçi Fikrət Sadıxovun sözlərinə görə isə, Rusiya hər iki tərəfi bir araya gətirmədə maraqlıdır. O, ehtimal edir ki, Rusiya tərəflərə hansısa yeni ssenari təqdim etməyə hazırlaşır.

"Düzdür, bu, çətin bir məsələdir. Çünki, Rusiya hesab edir ki, Azərbaycanın maraqları təmin olunmaqla yanaşı, Ermənistanın da müəyyən maraqları təmin olunmalıdır. Mən sadəcə olaraq hələ anlaya bilmirəm ki, bu səpkidə hər iki tərəfi bir araya gətirmək necə mümkün olacaq", —deyə politoloq Sputnik-ə açıqlamasında bildirib.

© Sputnik / Murad OrujovPolitoloq Fikrət Sadıxov
Politoloq Fikrət Sadıxov - Sputnik Azərbaycan
Politoloq Fikrət Sadıxov

O, hesab edir ki, əgər söhbət işğal olunmuş torpaqların azad olunmasından gedirsə, bu, bizi qane etməlidir: "Eyni zamanda biz bunu çoxdan demişik ki, Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlar davam etdirilməlidir".

Gələcəkdə statusla bağlı referendumun keçirilmə ehtimalına gəldikdə, F. Sadıxovun sözlərinə görə, bu, yalnız yerli azərbaycanlıların öz torpaqlarına qayıtmasından sonra və ərazi bötüvlüyü çərçivəsində baş tuta bilər.

Politoloq Şahin Cəfərli isə hesab edir ki, cəbhədə baş verən son hadisələr, Dağlıq Qarabağ münaqişəsinin heç də "dondurulmuş" münaqişə olmadığını göstərdi. Onun fikrincə, konfliktin həllinin yeni bir mərhələyə keçdiyini söyləmək olar.

"Təbii ki, bundan sonra danışıqlar intensivləşəcək. Artıq danışıqlar prossesində əvvəlkilərdən fərqli olaraq problemin həllinə dair praktik təkliflərin müzakirəsi mərhələsi başlayacaq. Dağlıq Qarabağla bağlı mübahisə var, ancaq dünya ictimaiyyəti ətraf rayonların işğal həqiqətini qəbul edir", —deyə Cəfərli söyləyib.

"Ona görə biz tələb etməliyik ki, beş rayon heç bir tələb olmadan geri qaytarılsın. Yəni, bu, işğal olunmuş ərazilər status məsələsi ilə əlaqələndirilmədən, Azərbaycana geri qaytarılmalıdır. Sonra iki rayon məsələsini Laçın korridoru konteksində həll emtək olar", — analitik vurğulayıb.

Qeyd edək ki, Rusiya Federasiyası İctimai Palatasının üzvü Sergey Markov, dünən Sutnik Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gedən danışıqların donu açılıb" mesajını verib. Onun sözlərinə görə, bundan sonra danışıqlar daha uğurlu keçəcək.

Sergey Markov və İlqar Vəlizadə - Sputnik Azərbaycan
QARABAĞ
Artıq Qarabağ danışıqlarının "donu" açılıb

"Azərbaycan öz hərbi gücünü göstərdi. Hərbi texnika baxımından Azərbaycan Ermənistandan iki dəfə güclüdür. Əhali də böyük dəstək nümayiş etdirdi, insanlar müharibəyə başlamaq istəklərini bəyan etdilər", —Markov vurğulayıb.

Onu da xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə gedən şiddətli müharibə nəticəsində Azərbaycan ərazilərinin 20 faizi — Dağlıq Qarabağ və ona bitişik ətraf 7 rayon Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. İşğal olunmuş torpaqların boşaldılması ilə bağlı BMT qətnamələrinə Ermənstan məhəl qoymur. Münaqişənin danışıqlar yolu ilə həllinə çalışan ATƏT-in Minsk qrupu hər hansı diplomatik uğura nail olmayıb.

Xəbər lenti
0