Snayperlər hazırlığı kursunun növbəti buraxılışı olub

© Sputnik / Murad OrujovMüdafiə Nazirliyinin gerbi
Müdafiə Nazirliyinin gerbi - Sputnik Azərbaycan
Abunə olmaq
Qabaqcıl təcrübə və üsullardan istifadə etməklə təşkil olunan kurslara Müdafiə Nazirliyinin bütün hərbi hissələrində xidmət keçən snayperlərin cəlb edilməsi planlaşdırılır

BAKI, 19 apr — Sputnik. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində snayperlərin təkmilləşdirilməsi kursunun növbəti buraxılışı keçirilib. Sputnik Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim edilib.

Kursda əsas diqqət snayperlərin çətin ərazi və hava şəraitində həyatda qalma və dəqiq atəşaçma bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib. Qabaqcıl təcrübə və üsullardan istifadə etməklə təşkil olunan kurslara Müdafiə Nazirliyinin bütün hərbi hissələrində xidmət keçən snayperlərin cəlb edilməsi planlaşdırılır.

Xəbər lenti
0