ELM

Xaricdə təhsil kimlər üçün ləğv olundu?

© unipage.netAli təhsil
Ali təhsil - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir Mikayıl Cabbarovun gözlənilməz açıqlaması cəmiyyətdə təşvişə səbəb olub. Ekspertlərin fikrincə, xaricdə bakalavr hazırlığındansa magistr və fəlsəfə doktoru hazırlamaq daha doğru addımdır.

Xaricdə təhsil kimlər üçün ləğv olundu?
BAKI, 19 apr — Sputnik. "Azərbaycanda gerçəkləşdirilən xaricdə təhsil proqramı bu il dayandırılır və artıq proqramın yeni formatı hazırlanır".
вступительные экзамены - Sputnik Azərbaycan
Xaricdə təhsil alacaq tələbələrin statistikası açıqlanıb

Bunu Təhsil naziri Mikayıl Cabbarov Moskvaya səfəri çərçivəsində Rusiyada təhsil alan azərbaycanlı gənclərlə görüşdə deyib. O bildirib ki, yeni proqrama uyğun olaraq xaricə, əsasən, PHD və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyən gənclər göndəriləcək.

Bu vaxta kimi minlərlə gəncin xaricdə təhsil almasına imkan yaratmış Xaricdə Təhsil Dövlət Proqramına fasilə verilməsi xəbəri heç də birmənalı qarşılanmayıb. Xaricdə magistr dərəcəsi almış Bəxtiyar Hacıyev bu qənararı doğru hesab edir və bildirir ki, bakalavr pilləsində təhsil almaq üçün ayrılan vəsaitlə, əslində daha çox tələbənin magistr və PHD səviyyəsində təhsil almasına imkan yaradıla bilər.

"Bir var, bir tələbə dörd il müddətində hansısa bir universitetdə oxuyur və dörd il onun təhsil haqqı ödənilir. Bir də var ki, bir və iki illik magistr proqramlarında iştirak edir. Əgər bir illik magistratura proqramı ödənilirsə, bir ilə dörd tələbənin xərcləri ödənilə bilər. Yaxud da bir neçə tələbənin PHD səviyyəsində xərcləri qarşılana bilər. Yəni bu baxımdan doğru qərardır", —deyə B. Hacıyev bildirib.

Bununla belə, ekspertin fikrincə, məsələnin başqa tərəfi də var: "Bakalavr pilləsində təhsil almağa gedən şagirdlər daha çox orta məktəbi yeni bitirmiş, hələ xaraktercə tam formalaşmamış insanlar olurlar. Öz sahələri ilə bağlı dəqiq təsəvvürləri olmur. Amma, magistratura və PHD səviyyəsində təhsil alan insanlar daha çox bakalavr pilləsini uğurla tamamlamış və öz ixtisasının arxasınca getmək istəyən adamlar olur. O baxımdan doğru qərardır".

"XXI əsr" Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev isə hesab edir ki, hazırda dünyanın qabaqcıl universitetlərində elmi dərəcələr alan vətəndaşlara daha çox ehtiyac var: "Təcrübə göstərir ki, onlar ali məktəblərdə və yaxud da çalışdıqları digər sahələrdə elmi mühitin dəyişməsində əsaslı rol oynaya biliblər. Yəni Azərbaycan "Baloniya" razılaşmasına qoşulub. Eyni zamanda Azərbaycan təhsilinin Avropa təhsilinə inteqrasiyası istiqamətində xeyli sənədlər mövcuddur".

Məsciddə namaz - Sputnik Azərbaycan
Xaricdə təhsil alanlara dini mərasimləri aparmaq qadağan ediləcək

"Buna görə düşünürəm ki, bu nə vaxtsa bərpa olunacaq. Çünki bütün ölkələrdə bu proses fasiləsiz şəkildə həyata keçirilir. Xaricdə təhsil ölkələrin təhsil siyasətinin əsas prioriteti hesab olunur. Xaricdə təhsil ölkə ali təhsilini tamamlayan proses kimi qiymətləndirilməlidir. Hər halda, yaxın gələcəkdə Azərbaycan üçün prioritet hesab olunan istiqamətlər üzrə bakalavr pilləsində təhsil bərpa oluna bilər", —deyə mütəxəssis qeyd edib.

Təhsil eksperti Məlahət Mürşüdlü isə bu proqramın, vaxt tamam olduğuna görə dayandırıldığı qənaətindədir: "Bu, bir dövlət proqramı idi. 2007- 2015- ci illəri əhatə edirdi. Belə deyək ki, sürəc başa çatdı. Onun dayandırıılmasının əsas səbəblərindən biri bu idi. Yəni vaxt tamam olduğuna görə dayandırıldı".

"Ancaq, mətbuatdan bildiyim qədər, bu proqramın davam etdirilməsi ilə bağlı Təhsil Nazirliyində danışıqlar və araşdırmalar aparılır. 2016-cı il keçdi, düşünürəm ki, bu il olmasa da, gələn ildən bu proqram müəyyən müddət ərzində həyata keçiriləcək", — M. Mürşüdlü əlavə edib.

Qeyd edək ki 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramını 2006-cı ilin oktyabrında prezidentin sərəncamı ilə təsdiq olunub. Proqram üzrə xarici ölkələrin universitetlərinə qəbul isə 2007/2008 tədris ilindən başlayıb.

Xəbər lenti
0