CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sorğu: Avropa KİV-i miqrantların cinayətlərini obyektiv işıqlandırmır

© Photo : Pavel IgnatovSorğu
Sorğu - Sputnik Azərbaycan
Abunə olmaq
Avropalılar rəsmilərin və yerli mətbuatın miqrantların törətdiyi cinayətlər haqda məlumatlarının obyektivliyinə şübhə ilə yanaşır.

BAKI, 19 apr — Sputnik. Sputnik.Rəy-in sorğusunun nəticələrinə görə Avropa ölkələrinin əhalisi hakimiyyətin və yerli KİV-in miqrantların törətdiyi cinayətlər haqda məlumatlarını obyektiv hesab etmir.

Belə ki, sorğuya görə Almaniyada 68%, Fransada 67%, Böyük Britaniyada isə 46% respondent bu qəbildən olan xəbərləri qeyri-obyektiv sayır. Bu rəqəmlər Populus və Ifop tədqiqat şirkətlərinin Sputnik informasiya agentliyi və radiosu üçün keçirdikləri sorğunun nəticələrindən ortaya çıxır.

Bu məsələdə yerli KİV-ə ən az inanan fransızlardır ki, onların cəmi 17%-i miqrantların törətdiyi ehtimal olunan cinayətlər barədə xəbərlərin düzgün olduğunu düşünür. Almaniyada bu rəqəm bir qədər yüksəkdir – 25%. Böyük Britaniyada isə bu rəqəm 36%-dir.

Keçirilmiş sorğu avropalıların bu məsələdə yüksək məlumatlılığını nümayiş etdirir. Belə ki, Almaniyada sorğuda iştirak edənlərin yalnız 7%, Fransada 16%, Böyük Britaniyada isə 18% verilən suala cavab verməkdə çətinlik çəkib.

© SputnikAvropa KİV-ləri miqrantların törətdiyi cinayətlər haqda qeyri-obyektiv məlumatlar verir
Avropa KİV-ləri miqrantların törətdiyi cinayətlər haqda qeyri-obyektiv məlumatlar verir - Sputnik Azərbaycan
Avropa KİV-ləri miqrantların törətdiyi cinayətlər haqda qeyri-obyektiv məlumatlar verir

Böyük Britaniya və Almaniyada sorğu Populus araşdırma şirkəti tərəfindən 2016-cı ilin 3-4 fevral tarixlərində keçirilib. Sorğuda 3556 nəfər iştirak edib: Böyük Britaniyada (1047), Almaniyada (1010 nəfər). Fransada 1499 nəfər arasında sorğunu IFop araşdırma şirkəti 2016-cı il 3-5 fevral aralığında keçirib.

Sputnik.Rəy layihəsi haqda

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri Populus, Forsa və ictimai soğu keçirən qocaman şirkətlərdən biri Ifop çıxış edirlər. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da soğular aparılır.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Xəbər lenti
0