Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"İşğal altındakı torpaqlarımızda 7880-dən çox abidəmiz var"

© Sputnik / Tarana KhudabakhshiyevaFaiq İsmayılov, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatının sədri
Faiq İsmayılov, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatının sədri - Sputnik Azərbaycan
Abunə olmaq
Faiq İsmayılov: "Ermənilər bizim milli sərvətlərimizi sənədləşdirərək, özlərinin milli sərvəti kimi təqdim edirlər"

BAKI, 18 apr — Sputnik. 18 aprel ümumdünya abidələr və əlamətdar məkanlar günüdür. Bu gün 1983-cü ildə İCOMOS-un təşkilatçılığı və qərarı ilə qeyd edilir.

Polşada Sovet dövründən qalmış heykəlin sökülməsi. Arxiv şəkli - Sputnik Azərbaycan
Polşada sovet abidələri dağıdılacaq

Bu məqsədlə Mədəniyyət və İncəsənət Universitetində Kulturologiya fakültəsinin tələbələri ilə Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatının sədri Faiq İsmayılov görüşüb. Sputnik xəbər verir ki, Faiq İsmayılov tələbələrlə görüş zamanı işğal olunmuş torpaqlarda məhv edilmiş abidələrimiz haqqında məlumatlar verib və tələbələrin suallarını cavablandırıb.

Tədbiri Kulturologiya fakültəsinin Muzeyşunaslıq kafedrasının müdiri Yeganə Eyvazova giriş sözü ilə açıb. Yeganə Eyvazova bu günün önəmindən, abidələrin tarixi əhəmiyyətindən söhbət açıb. Sonra sözü Faiq İsmayılova verib.

Təşkilat sədri bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi kataloqla 903 abidə qeydiyyata alınıb: "Araşdırmam zamanı aydın oldu ki, işğal altında olan torpaqlarımızda 7880-dən çox abidələrimiz var. Bunu Rusiya və Ermənistan mətbuatından əldə edə bilmişik".

"Ermənilər bizə aid olan milli sərvətlərimizi sənədləşdirərək özlərinin milli sərvəti adlandırırlar. Əsrlərlə yaşı olan kurqanları, qəbirləri pasportlaşdırıb özlərinin milli sərvəti kimi təqdim edirlər", —deyə F. İsmayılov qeyd edib.

Tədbirdə iştirak edən Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas çıxış edərək müharibədən sonra Azərbaycan abidələrinin məhv edilməsindən və ermənilər tərəfindən oğurlanaraq öz adlarına keçirmələrindən danışıb. Təşkilat sədri gəncləri təşkilata qoşulmağa və aktiv təbliğat işlərində iştirak etməyə çağırıb.

Xəbər lenti
0