Azərbaycanlı deputatlar beynəlxalq tədbirlərə qatılacaqlar

© Sputnik / Murad OrujovAzərbaycan Respublikası Milli Məclisinin binası
Azərbaycan Respublikası Milli Məclisinin binası - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Rasim Musabəyov Rusiya Federasiyasının Soçi şəhərində, Kamran Bayramov isə Mərakeşin Rabat şəhərinə səfərə gedəcək

BAKI, 18 apr — Sputnik. Milli Məclisin deputatı Rasim Musabəyov aprelin 18-dən 21-dək Rusiya Federasiyasının Soçi şəhərində səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, deputat "Vətəndaş cəmiyyəti və ictimai diplomatiyanın Şanxay Əməkdaşlıq Təşkilatlının genişlənməsində və inkişafında rolu" mövzusunda Beynəlxalq Forumda iştirak edəcək.

Milli Məclisin deputatı Kamran Bayramov isə NATO Parlament Assambleyasının 91-ci Rouz-Rout seminarında iştirak etmək üçün aprelin 19-dan 24-dək Mərakeşdə səfərdə olacaq. Rabat şəhərində baş tutacaq tədbirdə deputatımız müzakirə olunan aktual məsələlərə öz münasibətini bildirəcək.

Xəbər lenti
0