Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bakılı bərbər bu sənətə aid 50 nadir eksponatı toplayıb

Abunə olmaq
Müxtəlif ekstravaqant saç düzümlü, həmçinin ulduz və s. işarələri ilə olan saçlı insanlara getdikcə daha çox rast gəlirik. Bütün bunlar bərbər sənətinin yenə də hörmətə mindiyini göstərir.

Saçın insanı gözəl şəkildə tamamlaması üçün işi ustaya etibar etmək lazımdır. Belə ustalardan biri bakılı Salman İsmayılovdur. Saçın insanı gözəl şəkildə tamamlaması üçün işi ustaya etibar etmək lazımdır. Belə ustalardan biri bakılı Salman İsmayılovdur.

"Əsgərlikdən qayıdanda sənət seçməli oldum. Onda mən sərbəst və yaradıcı olan bərbər sənətini seçdim. Yadımdadır, 20 il əvvəl atam mənim və qardaşımın saçını qırxdığı ülgücü mənə verərək, "qoy bu ülgüc sənə uğur gətirsin" dedi. Bir dostum 60-cı illərdən qalmış babasının iti ülgücünü mənə bağışlayanda bu sənətə aid əşyalara toplamaq qərarına gəldim", deyə İsmayılov bildirir.

Bu illər ərzində İsmayılov 50 ədəd qayçı, ülgüc, üzqırxan, daraq və s. əşyaları toplayıb. O, bu əşyaları saxlamaq üçün xüsusi muzey açmaq istəyir. Hələlik isə Salman usta bu əşyaları Bakı bərbərxanalrından birində saxlayır. Saç gözəlliyinin əsl vurğunu kimi bərbər yeni saç qırxma üsulunun kəşfi ilə kifayətlənməyərək yeni ülgüclər də yarada bilib.

Usta öz sənətinin əsas qəyəsi kimi insanlara xoş əhval-ruhiyyə bəxş etməyi görür. O işindən həzz aldığını bildirir. Əgər usta işindən həzz alırsa, demək siz peşəkara müraciət etmisiniz. Lap Salman usta kimi…

Xəbər lenti
0