BAKI, 18 apr — Sputnik. "Azərbaycanla Rusiya arasında biznes və turizm sferasında işlər lazımi səviyyədə görülməyib".
Bu sözləri Sputnik Azərbaycanın Beynəlxalq Mətbuat Mərkəzində, Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuş mətbuat konfransında, Rusiya Federasiyası İctimai Palatasının üzvü Sergey Markov deyib.
Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında əlaqələr çox yaxşıdır və inkişaf etməkdə davam edir: "Bununla yanaşı, qarşıdakı yarım il ərzində daha çox iş görmək mümkün olacaq. Rusiyada xüsusi ixtisaslaşmış Azərbaycan mağazalarının açılmasına ehtiyac var. Bununla yanaşı, turizm sferasında çox az iş görülüb. Rusiya əhalisi Avropaya turist səfərlərini azaldıb. Azərbaycanın bu ölkələri əvəz etmək üçün geniş imkanları var".