BAKI, 18 apr — Sputnik. Azərbaycan bayrağını dünyada dalğalandıran idmançılar bir araya gəliblər. Sputnik xəbər verir ki, ideya müəllifi və layihə rəhbəri Azərbaycan Kapoeyra Federasiyasının Prezidenti Taleh Orucov olan, "Ali baş komandanımız, əmrindəyik!" adlı layihəsi çərçivəsində, tanınmış idmançılar əsgər geyimində hərbi salam ilə cəmiyyətə səslənirlər.
Layihədə Azərbaycanın tanınan və sayılan idmançıları, Olimpiya, Dünya və Avropa Çempionları, Millət Vəkilləri və Federasiya rəhbərləri iştirak ediblər. Layihənin məqsədi, başda nazir Azad Rəhimov olmaqla, bütün idman ictimaiyyətinin döyüşə hazır olduğunu göstərmək, döyüş bölgəsində olan igid əsgərlərimizə dəstək olduqlarını nümayiş etdirməkdir.