BAKI, 17 apr — Sputnik. Britaniyanın Yorkşir qraflığının sakini özünün və anasının plastik əməliyyatları üçün 85 min dollar xərcləyib.
21 yaşlı Kayla Morris sinəsini, oturacağını, dodaqlarını böyütdürüb, lipoksasiya, botoks etdirib, burnun formasını dəyişib. Qızın anası 39 yaşlı Corciniya Klark da dodaq və sinəsini böyütdürüb və mütəmadi olaraq solyaridə olur. Britaniyalıların fikrincə, onlar özlərini amerikalı müğənni Keti Praysa oxşatmaq istəyirlər və plastik əməliyyatları davam etdirəcəklər.
Bildirilir ki, bütün bu əməliyyatların pulunu striptizçi işləyən Morris qazanıb. O həmçinin lüt bədənini müxtəlif saytlarda nümayiş etdirməklə vəsait əldə edir.
Lakin bu əməliyyatlar sonda uğursuzluqla bitə bilər.
Bir neçə gün əvvəl özünü kukla Kenə oxaştmaq istəyən və bundan ötrü 430 min dollar xərc çəkən braziliyalı Rodriqo Alves burnunun formasını dəyişməyə cəhd etdikdən sonra xəstəxanaya düşüb. Orqanizm yeni burnu qəbul etməyib.
Alves-də nekroz (dərinin ölməsi) başlayıb, bu isə burnun onun üzündən qopub düşməsinə səbəb ola bilər.