Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neft ölkələri Dohada neftin qiyməti barədə razılıq əldə edəcəklər

© REUTERS / Shamil ZhumatovНефть
Нефть - Sputnik Azərbaycan
Abunə olmaq
Natiq Əliyev: Azərbaycan Dohada digər hasilatçı ölkələrlə razılaşmanı imzalamağa hazırdır.

BAKI, 16 aprel-Sputnik. Neft hasil edən ölkələr arasında aprelin 17-də Dohada imzalanacaq razılaşma hasilat həcmini bu ilin oktyabr ayına qədər yanvar ayındakı səviyyədə saxlanılmasını nəzərdə tutur.

Sputnik-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev deyib. 

"Razılaşmanın qaralaması kiçikdir və bu cür səslənir: Dohada toplaşacaq ölkələr belə qənaətə gəliblər ki, neftin qiymətini qaydaya salmaq üçün hasilat həcmini oktyabradək 2016-cı ilin yanvar ayındakı səviyyədə saxlanılsın", — deyə Natiq Əliyev bildirib.

"Azərbaycan Dohada digər hasilatçı ölkələrlə razılaşmanı imzalamağa hazırdır", — deyə nazir qeyd edib.

Neft hasil edən ölkələr arasında imzalanacaq razılaşmanın qaralaması neft hasilatının həcmini bu ilin oktyabrınadək 2016-cı ilin yanvar ayındakı səviyyədə saxlanılmasını nəzərdə tutur.

Dohada neftə dair əldə olunacaq razılaşma "centlmen xarakterlidir", qaralamada nəzarət mexanizmi öz əksini tapmayıb.

Xəbər lenti
0