SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Bəzi KİV-lər barəsində tədbir görülməlidir"

© Photo : APASiyavuş Novruzov
Siyavuş Novruzov - Sputnik Azərbaycan
Abunə olmaq
Siyavuş Novruzov: "Bəzi mətbuat orqanlarında, ayrı-ayrı sənədlərdə ümumiyyətlə dövlətin apardığı siyasətlə bağlı, ölkəmiz barəsində, hakimiyyətin bir qolu olan parlament haqqında xoşagəlməyən və həqiqətə uyğun olmayan yazılar gedir"

BAKI, 15 apr — Sputnik. "Son dövrlərdə ölkəmizdə aparılan uğurlu siyasətin nəticəsi olaraq, bütün dünya ölkələrindən Azərbaycana dəstəklər gəlir".

Sputnik xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisin bugünkü plenar iclasında deyib. "Amma təəssüflər olsun ki, bəzi mətbuat orqanlarında, ayrı-ayrı sənədlərdə ümumiyyətlə dövlətin apardığı siyasətlə bağlı, ölkəmiz barəsində, hakimiyyətin bir qolu olan parlament haqqında xoşagəlməyən və həqiqətə uyğun olmayan yazılar gedir", —deyə deputat əlavə edib.

Onun sözlərinə görə, bu da bilavasitə "düşmən dəyirmanına su tökmək"lə məşğul olan qüvvələrin əməlləridir: "Ayrı-ayrı xaricdə olan QHT-lərin verdiyi fikri həmin dövlətin fikri kimi təqdim etmək hallarına da rast gəlirik. Hesab edirəm ki, bunların hamısı qərəzlidir".

S. Novruzun qənaətincə, son aprel hadisələrində Azərbaycan xalqı göstərdi ki, ölkənin Ali Baş Komandanının, ordusunun yanındadır: "Millət vəkilləri bu məsələdə aktiv iştirak etdilər. Şəhidlərin dəfn mərasimlərində yaxından iştirak etdilər. Amma bəzi üzdəniraq qüvvələr buna kölgə salmaq istəyir. Hesab edirəm ki, bu mətbuat orqanları ilə əlaqədar da müvafiq qurumlar öz işini görməlidir ki, diqqətlə baxıb böhtan və şər ilə məşğul olmasınlar".

Xəbər lenti
0