Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İcbari tibbi sığorta üzrə avropalı ekspertlər Azərbaycana gəliblər

© Photo : İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyiİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində keçirilən müzakirələr
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində keçirilən müzakirələr - Sputnik Azərbaycan
Abunə olmaq
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində keçirilən müzakirələrdə icbari tibbi sığorta sisteminin ödəmə metodları, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün aparılmalı olan islahatlar müzakirə mövzusu olub

BAKI, 15 apr — Sputnik. Avropa İttifaqının maliyyələşdirdiyi "SOCEİUX" layihəsi çərçivəsində icbari tibbi sığorta və səhiyyə islahatları üzrə ekspertlər Mişel Villak, Erika Riçardson, Andrey Tretyak Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) dəvəti ilə Bakıya gəliblər.

İlham Əliyev - Sputnik Azərbaycan
SƏHİYYƏ
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə direktor təyin edilib

Bu barədə Sputnik-ə İTSDA-nın mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova məlumat verib. Onun sözlərinə görə, ekspertlər Agentlikdə keçirilən görüşlərdə dünyada səhiyyənin maliyyələşmə yolları ilə bağlı təqdimat ediblər: "İcbari tibbi sığorta sisteminin ödəmə metodları, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün aparılmalı olan islahatlar müzakirə mövzusu olub".

Bir həftə davam edən görüşlərdə Agentliyin mütəxəssisləri MDB və Avropa ölkələrinin icbari tibbi sığorta sistemləri haqqında söhbət açıblar. Azərbaycanın hansı ölkələrin təcrübəsindən yararlana biləcəyini, həmin ölkələrdə icbari tibbi sığorta sistemi qurularkən ortaya çıxan çətinlikləri və eyni problemlərlə üzləşməmək üçün önləyici tədbirlərin həyata keçirilməsi haqda fikir mübadiləsi aparıblar.

"Ekspertlər "SOCEİUX" layihəsi çərçivəsində Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülməli tədbirlər və mərhələli olaraq aparılmalı islahatlarla bağlı fəaliyyət planı hazırlayırlar", —deyə qurum sözçüsü bildirib.

Əlavə edib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev icbari tibbi sığortanın ayrı-ayrı komponentləri üzrə daha detallı araşdırmaların aparılması və Azərbaycana texniki dəstəyin göstərilməsini ekspertlərlə razılaşdırıb. Bugünkü görüşdə Nazirlər Kabinetinin sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov da iştirak edib.

Xəbər lenti
0