CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əmək qabiliyyətli şəxslərlə əlaqədar qanunda dəyişiklik edilib

© Sputnik / Murad OrujovAzərbaycan Respublikası Milli Məclisinin binası
Azərbaycan Respublikası Milli Məclisinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Qanun layihəsi "Sosial sığorta haqqında" Qanunda əmək qabiliyyətli şəxslərlə əlaqədar dəqiqləşdirmənin aparılması məqsədilə hazırlanıb

BAKI, 15 apr — Sputnik. Milli Məclisin bugünkü plenar iclasında "Sosial sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Sputnik xəbər verir ki, dəyişikliyə əsasən, Qanunun 14-cü maddəsinin üçüncü hissəsinin ikinci bəndindən sonra aşağıdakı məzmunda "Qeyd" hissəsi əlavə edilir: "Qeyd: Bu maddənin üçüncü hissəsinin ikinci bəndinin məqsədləri üçün əmək qabiliyyətli şəxslər dedikdə, I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər başa düşülür".

Qanun layihəsi "Sosial sığorta haqqında" Qanunda əmək qabiliyyətli şəxslərlə əlaqədar dəqiqləşdirmənin aparılması məqsədilə hazırlanıb. Qanun layihəsi birinci oxunuşda səsəqoyularaq qəbul edilib.

Xəbər lenti
0