BAKI, 15 apr — Sputnik. Bu gün Milli Məclisin plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında Milli Məclisin qərarına baxılıb və təsdiq edilib. Sputnik xəbər verir ki, siyahıda Məzahir Pənahov, Natiq Məmmədov, Arifə Muxtarova, Mikayıl Rəhimov, Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, İlham Məmmədov, Nizami Nadirov, Qabil Orucov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Etibar Quliyev, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Hüseyn Paşayev və İlkin Şahbazovun adları var.
MSK-nın 2010-cu ildə formalaşdırılan tərkibindən Tamam Cəfərovanın və Akif Qurbanovun adları çıxarılıb, onların əvəzinə siyahıya H.Paşayev (YAP) və İ.Şahbazovun (Sosial Rifah Partiyası) adları əlavə olunub. Qərar layihəsi səsə qoyularaq təsdiqlənib.