Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan dilində ilk qrafik romanı

© Sputnik / Кирилл Каллиников / Mediabanka keçidKitab sərgisi
Kitab sərgisi - Sputnik Azərbaycan
Abunə olmaq
Fərrux Səlimxanlı: "Nyu Yorkdan olan rəssam azərbaycanlı ssenaristin ssenarisi əsasında qrafik roman çəkəcək. Sonra, yüzlərlə nüsxə Rusiyada nəşr olunub, dünyanın bir çox ölkələrinə yayımlanacaq.

BAKI, 15 apr — Sputnik. Azərbaycanlı ssenarist Fərrux Səlimxanlı və Nyu Yorklu rəssam Mayk Şay-dan ibarət beynəlxalq komanda, Kickstarter portalında "Bəlağətli sükut" adlı qrafik romanın yaradılması və çapı üçün vəsait yığımına başlayıb. Sputnik xəbər verir ki, "Bəlağətli sükut" milliyyətcə xorvat olan, lakin serb ailəsində böyümüş Yosifdən bəhs edir.

Итальянский писатель Умберто Эко - Sputnik Azərbaycan
"Qızılgülün adı" romanının müəllifi torpağa tapşırıldı

Yosif yerli mütəşəkkil cinayətkar dəstənin başçısı Nikolanın borclular siyahısına düşür. Yosif və onun uşaqlıq dostu Luka balaca bir uşağı oğurlayıb girov saxlamaq və ödəniləcək məbləğin köməkliyi ilə maddi problemlərini həll etmək qərarına gəlirlər. Belə ki, təsadüfdən seçilən girov lal-kar qızcığaz dostları peşman etməsəydi, bəlkə də hər şey qaydasında olacaqdı.

"Bütün dünyadan olan ianəçilərin köməkliyi ilə Nyu yorklu rəssam azərbaycanlının ssenarisinə əsasən qrafik roman çəkəcək. Sonra, yüzlərlə nüsxə Rusiyada nəşr olunub, dünyanın bir çox ölkələrinə yayımlanacaq. Bir anlığa düşünün, bu səyahət doğrudan da yadda qalan olacaq, deyilmi?", — deyə romanın müəllifi Fərrux Səlimxanlı bildirib.

Kitabın satışından əldə ediləcək bütün vəsait xeyriyyə məqsədi ilə istifadə olunacaq. "Mənim məqsədim — arzumun həyata keçməsidir. Arzum isə qazanc əldə etmək deyil, qrafik romanın yaradılması və çapıdır. Bundan qazanılacaq bütün məbləğ isə bir və ya bir-neçə Azərbaycan məktəbinə ianə olunacaq", — Fərrux qeyd edib.

Layihənin büdcəsi 20 min Kanada dollarıdır (təxminən 15 min ABŞ dolları). 7 min ABŞ dolları rəssamın işinə xərclənəcək. Qalan məbləğ isə kitabın kağız nüsxəsinin çapına, paketləşdirilməsinə və ianəçilər üçün nəzərdə tutulmuş hədiyyələrə (poster, svitşot, saundtrek albom, romana aid gizli əşyalar və s.) sərf olunacaq.

Kickstarter — istifadəçilərin yaradıcı insanlara öz layihələrini həyata keçirmək üçün pul bağışladığı kraudfandinq (tərəfdaş toplama) platformasıdır. Vəsait toplanılarsa, "Bəlağətli sükut" Azərbaycan, ingilis və rus dilində nəşr ediləcək ilk qrafik roman olacaq.

Qrafik roman — komiks kimi tanınan incəsənətin bir növüdür. Həm ədəbiyyat, həm də təsviri incəsənətin bir hissəsi olaraq, qrafik romanda süjet daha çox mətn ilə yox rəsm ilə söylənilir.

Xəbər lenti
0