CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pulu olmayanların bu məkanlara yolu bağlanır

© Sputnik / Fuad HasanovŞıx çimərliyindəki istirahət məkanlarından biri
Şıx çimərliyindəki istirahət məkanlarından biri - Sputnik Azərbaycan
Abunə olmaq
İnsanların ötən ilə kimi pulsuz çimdikləri sahil zonaları bəzi məmurlar tərəfindən satın alınıb və yaxın vaxtlarda hasara alınacaq. Mövcud çimərliklərdə isə qiymətlər qalxmaqda davam edir.

BAKI, 15 apr — Sputnik. Çimərlik mövsümünün başlamasına 1 aydan bir qədər çox müddət qalıb. Və aydın məsələdir ki, paytaxt əhalisinin sərinləmək üçün üz tutduğu yer də məhz çimərlikdir, dəniz sahilidir.

Lakin illər öncəsindən fərqli olaraq bu gün Xəzər dənizi sahilində açıq çimərlik ərazisi tapmaq demək olar ki, qeyri-mümkündür. Şəhərə yaxın sahil zonaları hasarlanaraq, iri biznesmenlərin ixtiyarına verilib. Və bu ərazilərdə böyük əyləncə mərkəzləri, pullu çimərliklər yaradılıb.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) dənizdən istifadənin pulsuz olduğunu, vətəndaşların çimərliklərdən təmənnasız istifadə edə biləcəyini desə də, dənizi özəlləşdirən iri məmurlar bu qurumu ümumiyyətlə diqqətə almırlar. Sputnik əməkdaşının yerində apardığı araşdırmalar da bunu deməyə əsas verir.

Bir vaxtlar ən ucuz istirahət zonası sayılan Şıx çimərliyinə indi ayaq basmaq olmur. Paytaxta yaxın yerləşdiyi üçün, yayda bura gələnlərin daha çox olduğunu nəzərə alıb, ərazidəki çimərliklərə üz tutduq. Gördüyümüz mənzərə və apardığımız sorğudan bəlli oldu ki, keçən ilki kimi, bu il də çimərliklərə giriş pullu olacaq. Pulu olmayanlar isə Bakı-Salyan şosesinin 18-ci km-də, zibilxananın yanında dənizə girib sərinləyə biləcəklər.

© Sputnik / Fuad HasanovŞıx qəsəbəsində ən bahalı çimərlik "Aysberq" istirahət mərkəzinin ərazisindədir.
Şıx qəsəbəsində ən bahalı çimərlik Aysberq istirahət mərkəzinin ərazisindədir - Sputnik Azərbaycan
1/12
Şıx qəsəbəsində ən bahalı çimərlik "Aysberq" istirahət mərkəzinin ərazisindədir.
© Sputnik / Fuad HasanovŞıx çimərliyi.
Şıx çimərliyi - Sputnik Azərbaycan
2/12
Şıx çimərliyi.
© Sputnik / Fuad HasanovSahil boyunca yerləşən istirahət mərkəzlərində mövsümün açılışı üçün artıq son tamamlama işləri aparılır.
Sahil boyunca yerləşən istirahət mərkəzlərində mövsümün açılışı üçün artıq son tamamlama işləri aparılır - Sputnik Azərbaycan
3/12
Sahil boyunca yerləşən istirahət mərkəzlərində mövsümün açılışı üçün artıq son tamamlama işləri aparılır.
© Sputnik / Fuad HasanovBu zonadakı ən ucuz çimərlik "Eldorado"dur. Keçən il iki manat verib çimmək olurmuş.
Bu zonadakı ən ucuz çimərlik Eldoradodur. Keçən il iki manat verib çimmək olurmuş - Sputnik Azərbaycan
4/12
Bu zonadakı ən ucuz çimərlik "Eldorado"dur. Keçən il iki manat verib çimmək olurmuş.
© Sputnik / Fuad HasanovBuraya yayda hər gün yüzlərlə insan gəlir.
Buraya yayda hər gün yüzlərlə insan gəlir - Sputnik Azərbaycan
5/12
Buraya yayda hər gün yüzlərlə insan gəlir.
© Sputnik / Fuad Hasanov"Aquapark" istirahət zonası.
Aquapark istirahət zonası - Sputnik Azərbaycan
6/12
"Aquapark" istirahət zonası.
© Sputnik / Fuad HasanovÇimərlik
Çimərlik - Sputnik Azərbaycan
7/12
Çimərlik
© Sputnik / Fuad Hasanov"Dostluq" çimərliyinin əsas girişi.
Dostluq çimərliyinin əsas girişi - Sputnik Azərbaycan
8/12
"Dostluq" çimərliyinin əsas girişi.
© Sputnik / Fuad HasanovXəbərdaredici elanlar.
Xəbərdaredici elanlar - Sputnik Azərbaycan
9/12
Xəbərdaredici elanlar.
© Sputnik / Fuad HasanovÇimərlik mövsüzü başlayandan sonra sahildə boş çətir tapmaq müşkülə çevriləcək.
Çimərlik mövsüzü başlayandan sonra sahildə boş çətir tapmaq müşkülə çevriləcək - Sputnik Azərbaycan
10/12
Çimərlik mövsüzü başlayandan sonra sahildə boş çətir tapmaq müşkülə çevriləcək.
© Sputnik / Fuad Hasanov1001 gecə istirahət mərkəzi
1001 gecə istirahət mərkəzi - Sputnik Azərbaycan
11/12
1001 gecə istirahət mərkəzi
© Sputnik / Fuad HasanovTəəssüf ki, bəziləri çimərlik ərazisini çirkləndirirlər, yerə zibillər atırlar.
Təəssüf ki, bəziləri çimərlik ərazisini çirkləndirirlər, yerə zibillər atırlar - Sputnik Azərbaycan
12/12
Təəssüf ki, bəziləri çimərlik ərazisini çirkləndirirlər, yerə zibillər atırlar.
1/12
Şıx qəsəbəsində ən bahalı çimərlik "Aysberq" istirahət mərkəzinin ərazisindədir.
2/12
Şıx çimərliyi.
3/12
Sahil boyunca yerləşən istirahət mərkəzlərində mövsümün açılışı üçün artıq son tamamlama işləri aparılır.
4/12
Bu zonadakı ən ucuz çimərlik "Eldorado"dur. Keçən il iki manat verib çimmək olurmuş.
5/12
Buraya yayda hər gün yüzlərlə insan gəlir.
6/12
"Aquapark" istirahət zonası.
7/12
Çimərlik
8/12
"Dostluq" çimərliyinin əsas girişi.
9/12
Xəbərdaredici elanlar.
10/12
Çimərlik mövsüzü başlayandan sonra sahildə boş çətir tapmaq müşkülə çevriləcək.
11/12
1001 gecə istirahət mərkəzi
12/12
Təəssüf ki, bəziləri çimərlik ərazisini çirkləndirirlər, yerə zibillər atırlar.

Sahil boyunca yerləşən istirahət mərkəzlərində mövsümün açılışı üçün artıq son tamamlama işləri aparılır. Bu mərkəzlərdən biri də "Eldorado" restoranıdır. Şıx qəsəbə sakini Elmir Məmmədov Sputnik-ə açıqlamasında bildirdi ki, restoranın çöl qapısından içəri keçib dənizə tərəf getmək istəyənlərin qarşısını 2 nəfər qolu qüvvəli, qarayanız oğlan kəsir və dənizdə çimməyin 2 manat olduğunu bildirir.

"Bu zonadakı ən ucuz çimərlik məhz "Eldorado"dur. Keçən il qiymət belə idi. İki manat verib çimə bilərdin. Amma indi qiymətlər dəyişib, ya yox, bilmirəm. Onu özlərindən soruşun", —deyir həmsöhbətimiz.

Biz də bu suala cavab tapmaq üçün restoranın administratoru İlham Əzimovla söhbət apardıq. Əzimov Sputnik-ə açıqlamasında dənizdən istifadəyə görə heç kəsdən pul yığmadıqlarını, sadəcə olaraq şezlonqlardan və duşdan istifadəyə görə iki manat yığdıqlarını deyib:

"Buraya yayda hər gün yüzlərlə insan gəlir. Çimərlik ərazisini çirkləndirirlər, yerə zibillər atırlar. Həmin o zibilləri bizim işçilərimiz təmizləyirlər. Əlbəttə, heç kim bunu müftə etmir. Qarşılığında pul alır".

"Üstəlik bizim şezlonqlardan və dənizdən çıxarkən duşdan istifadə edirlər. Bütün bunlar hamısı puldur, axı! Adi vətəndaş suyun kubuna görə nə qədər pul ödəyirsə, biz də həmin pulu ödəyirik. Yenə deyirəm, bizim yığdığımız iki manat pul çimərlikdən istifadəyə görə deyil", —administrator bildirdi.

İ. Əzimov, eyni sırada yerləşən digər istirahət mərkəzlərində vətəndaşlardan 15-25 manat arası pul yığıldığını və əsas soyğunçuluğun məhz orada yaşandığını qeyd etdi. Həqiqətən də müşahidələrimizin davamında Əzimovun dediklərinin özünü doğrultduğunu gördük.

"Eldorado"nun düz yanında yerləşən "Aquapark" istirahət zonasında tətbiq olunan qiymətlər olduqca baha idi. Mərkəzin administratoru Vüsal İmanov əraziyə girişin 12 manat olduğunu, üstəlik əlavə olaraq 3 manat da "parkovka" üçün pul aldıqlarını dedi. O, saat 20:00-dan sonra girişin pulsuz olduğunu da vurğuladı.

Həmin ərazidə yerləşən digər bir istirahət mərkəzi "Min bir Gecə"dir. Rəhbərlik yerində olmadığı üçün işçilərlə söhbət apardıq. Və aydın oldu ki, çimərlikdən istifadə 5 manatdır. Əlavə xidmətlərlə birlikdə, bu məbləğ hətta 15 manatadək çıxır.

"Dostluq" çimərliyində apardığımız çəkiliş zamanı isə, suallarımıza konkret cavab ala bilmədik. İşçilər dənizdən istifadənin pullu olduğunu desələr də, məkanın Xanlar adlı sahibi heç kəsdən bir qəpik pul almadıqlarını söylədi. O, ancaq basseyndən istifadənin pullu olduğunu bildirdi.

Şıx qəsəbəsində ən bahalı çimərlik "Aysberq" istirahət mərkəzinin ərazisindədir. Adambaşı giriş burada 25 manatdır. Bu pulu ödəyən şəxsə duş, paltar dəyişmə otağı, uzanmaq üçün ləvazimat, masa, stul, çətir, bilyard, skuter və başqa xidmətlərdən istifadəyə şərait yaradılır. Hətta heç nədən istifadə etməsən belə, giriş pulunu ödəməlisən.

Novxanı və Mərdəkan çimərliklərində isə vəziyyət bir qədər fərqlidir. Bu bölgələrdə yerləşən istirahət məkanlarında tələb olunan giriş pulu 1-5 manat arası dəyişir. Dənizə girmək üçün pulsuz olan ərazilər də var.

Lakin əldə etdiyimiz məlumatlara görə, insanların ötən ilə kimi pulsuz çimdikləri sahil zonaları bəzi məmurlar tərəfindən satın alınıb və yaxın vaxtlarda hasara alınacaq. Yerində isə böyük əyləncə mərkəzləri tikiləcək.

Xəbər lenti
0