BAKI, 14 apr — Sputnik. İraq ordusu bir neçə həftə davam edən qızğın döyüşlərdən sonra Hit şəhərini İŞİD silahlılarından azad edib.
APA-nın verdiyi xəbərə görə, bu barədə İraq ordusu komandanlığının açıqlamasında bildirilir.
Ərəfat çayı sahilində yerləşən və 100 min nəfər əhalisi olan Hit şəhərinin strateji əhəmiyyətə malik olduğu qeyd olunur.