Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Ərdoğan haqqında: "Yardım əli uzatmağa hazırıq"

© Sputnik / Alexei Drujinin / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin Rusiya vətəndaşlarının illik müraciətləri əsasında onlarla canlı bağlantı qurub
Rusiya prezidenti Vladimir Putin Rusiya vətəndaşlarının illik müraciətləri əsasında onlarla canlı bağlantı qurub - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Prezidenti: "Moskva Ankaranın dostu olaraq qalır. Türk xalqı bizim ən yaxın dostumuzdur. Bizim problemimiz bəzi siyasətçilərlədir"

BAKI, 14 aprel-Sputnik. Rusiya prezidenti Vladimir Putin Rusiya vətəndaşlarının illik müraciətləri əsasında onlarla canlı bağlantı qurub. Sputnik-lə də yayınlanan canlı efirdə "Siz Ərdoğanla birlikdə Moskvada məscid açmışdınız, dostluq mesajları vermişdiz. Bu dostluq niyə düşmənçiliyə çevrildi?" sualına cavabında Putin Rusiyanın düşmənçilik etmədiyini deyib.

LIVE: Прямая линия с президентом РФ Владимиром Путиным - Sputnik Azərbaycan
VİDEO
Putin canlı yayımda: suallarınız varmı?

"Biz düşmənçilik etmirik. Bizim dünyanın əksər ölkələri ilə çox yaxşı əlaqələrimiz var. Biz Şanxay Əməkdaşlıq Təşkilatında, eləcə də digər beynəlxalq təşkilatlardakı ölkələrlə çox yaxşı əməkdaşlıq edirik. Qonşularla da əlaqələrimiz dinc və mehriban qonşuluğa, dostluğa əsaslanır", —deyə Putin vurğulayıb.

Türkiyəyə gəlincə isə, Rusiya Prezidenti bildirib: "Moskva Ankaranın dostu olaraq qalır. Türk xalqı bizim ən yaxın dostumuzdur. Bizim problemimiz bəzi siyasətçilərlədir".

12 yaşlı Varvara Kuznetsovanın "Əgər Poroşenko və Ərdoğan boğulsaydı, ilk olaraq hansını xilas edərdiniz?" sualına Putin belə cavab verib: "Siz məni çətin vəziyyətdə qoyursunuz. Əgər kimsə batmaq qərarına gəlibsə, onu xilas etmək mümkün deyil. Amma biz bunu istəyən istənilən adama yardım əlimizi uzatmağa hazırıq".

"Türkiyənin daxilində müharibə gedir. Türkiyə rəhbərliyi radikallarla mübarizə apardığı qədər də onlarla əməkdaşlıq edir", —Kreml rəhbəri əlavə edib.

Misir və Türkiyədə istirahət etməyin nə dərəcədə təhlükəsiz olduğu barədə suala cavabında Putin deyib ki, hazırda Türkiyədə istirahət etmək təhlükəlidir: "Türkiyənin cənubunda faktiki olaraq müharibə gedir. Demək olar ki, hər həftə terror baş verir. Harada zəmanət var ki, bizim vətəndaşlarımız orada təhlükəsizlikdə olacaqlar?".

Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan
Putin türk xalqı üçün yas tutur

Misirlə bağlı Putin əlavə edib: "Biz Misirdə baş verənləri görürük. Bizim adamlara ora səfər etməyin təhlükəli olduğu barədə deməmək hüququmuz yoxdur".

O, Rusiya ilə Misir arasında bu sahədə müzakirələrin açılmalı olduğunu qeyd edib: "Biz Misir hakimiyyəti ilə birlikdə elə yollar, təyyarə xidməti də daxil olmaqla, tapmalıyıq ki, bizim vətəndaşlarımızın səyahətləri təhlükəli olmasın".

Rusiya Prezidenti istirahət üçün Krım və Qafqazın daha etibarlı və təhlükəsiz olduğunu deyib.

Xəbər lenti
0