BAKI, 14 mart — Sputnik. Rusiya prezidenti Vladimir Putin, dünən axşam Ankarada baş verən terror aktı ilə əlaqədar türk xalqına başsağlığı verib. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, Putin mesajında "Türk xalqı ilə birlikdə yas tuturuq" deyib.
Bu barədə Kreml sözçüsü Dmitri Peskov mətbuata bildirib. Peskov açıqlamasında, "Vladimir Putin, Ankarada yaşanan terror hücumunu şiddətli şəkildə lənətləyir. Rus lider, bir çox insanın həyatını itirməsinə səbəb olan terrordan kədərlənən türk xalqıyla birlikdə yas tutur" deyib.